SON DƏQİQƏ: Tramp QƏRAR VERDİ - ABŞ 48 saat ərzində İranı bombalayacaq

SON DƏQİQƏ: Tramp QƏRAR VERDİ - ABŞ 48 saat ərzində İranı bombalayacaqABŞ İran sahillərinə hərbi qüvvələrini toplamaqda davam edir. Ayova ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, 2025-ci ilin iyununda Vaşinqton Tehranın nüvə imkanlarını məhv edib. Onun sözlərinə görə, cəmi bir ay gecikmə baş versəydi, İran artıq nüvə silahına sahib ola bilərdi.
KONKRET.az xəbər verir ki, Tramp deyib:
"Yeri gəlmişkən, hazırda daha bir böyük qüvvə İran istiqamətində irəliləyir. Görək nə olacaq. Ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər".
BBC-nin məlumatına görə, İran sahillərinə doğru "Avraam Linkoln" aviadaşıyıcısı hərəkət edir. Xatırladaq ki, aviadaşıyıcılar təkbaşına üzmür, onları esmineslər, müşayiət gəmiləri və qırıcı təyyarələrdən ibarət zərbə qrupu müşayiət edir. Məhz bu cür qruplar ABŞ-ın əsas hərbi güc aləti hesab olunur.
Ekspertlərin fikrincə, aviadaşıyıcı qrupunun yaxınlaşması raket zərbələrinə hazırlıqdan xəbər verir. Hədəflər əsasən qərargahlar və komanda mərkəzləri ola bilər. Oxşar ssenari 2025-ci ilin yayında baş verən "12 günlük müharibə" zamanı da tətbiq olunmuşdu. Ağ Evdəki mənbələr zərbənin yaxın 48 saat ərzində endirilə biləcəyini də iddia ediblər.
İran tərəfi isə sərt cavab vəd edir. Xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkənin ABŞ və İsraillə münaqişənin "üçüncü mərhələsinə" keçdiyini bildirib.
Bununla yanaşı, analitiklər qeyd edirlər ki, ABŞ İranı vurmaq üçün mütləq aviadaşıyıcı qruplarına ehtiyac duymur. Vaşinqtonun regionda, o cümlədən İran sərhədlərinə yaxın çoxsaylı hərbi bazaları mövcuddur. Üstəlik, hazırda quru qoşunlarının genişmiqyaslı müdaxiləsinə hazırlıq əlamətləri görünmür.
Bu fonunda Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması və hərbi eskalasiyanın qarşısının alınması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Lakin belə bir razılaşmanın mövcud İran hakimiyyətinin ömrünü nə qədər uzadacağı açıq sual olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 30 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber