"Soruşursunuz ki, Qarabağ məsələsində Almatı bəyannaməsinin rolu nədən ibarətdir?"
Bu gün parlamentdə deputatların suallarını cavablandıran Nikol Paşinyan Almatı bəyannaməsinin Qarabağ münaqişəsinə nə dərəcədə aidiyyatı olması barədə sualı cavablandırarkən bildirib ki, Almatı Protokolu Sovet İttifaqının parçalanması və müstəqil dövlətlərə çevrilməsi ilə bağlı Belovejskaya Bəyannaməsinə qoşulmaqdan ibarətdir.
Almatı Bəyannaməsi də həmin bəyannamə kontekstində qəbul edilib. Həmin protokolda qeyd olunur ki, muxtar birliklər müstəqil dövlətlərin əməkdaşlığının tərkib hissəsi olmalıdır. Müsahibəmdə Qarabağ problemindən danışan Levon Ter-Petrosyanın eyni məzmunlu müsahibəsini xatırladım: "Bu gün Rusiya muxtariyyətlərinin statusu elədir ki, bu, Qarabağın əhalisini tam qane edir. Bundan artığını istəmirik".
Bu, 1991-ci ilin dekabrında Ermənistan prezidentinin dediyi sözlərdir. Məhz bu andan Almatı bəyannaməsi Dağlıq Qarabağ nizamlanması kontekstində ortaya çıxdı. Soruşursunuz ki, Qarabağ məsələsində o bəyannamənin rolu nədən ibarətdir? Mən cavab verirəm: Həmin bəyannamə imzalanan andan bu sənəd etibarlıdır", – deyə Nikol Paşinyan cavab verib.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ