Sosial kirayə evlərdə adambaşına düşən mənzil sahəsi müəyyənləşdi
Sosial kirayə evlərdə adambaşına düşən mənzil sahəsi müəyyənləşdi
Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norma beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, satın almaq məqsədilə təklif ediləcək kirayə evlər maksimum 25 il müddətinə təklif olunur:
"Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün bizə olan müraciətlərə əsasən qeyd etmək istərdik ki, söhbət satın almaq məqsədilə kirayə mənzil fonundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir.
Kabinet sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar.
Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlilik prinsipi əsasında aparılır.
Satın almaq məqsədilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya "ASAN xidmət" vasitəsilə müraciət edə biləcəklər".
Könül Cəfərli /oxu.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ