Sosial şəbəkələrdə Ərdoğan əleyhinə anormal, məntiqsiz açıqlamalar görürük' - Deputat

Sosial şəbəkələrdə Ərdoğan əleyhinə anormal, məntiqsiz açıqlamalar görürük' - DeputatTürkiyədə Prezident seçkiləri yaxınlaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkiləri üçün ən uyğun tarixin mayın 14-nü hesab etdiyini qeyd edib.
Seçkiöncəsi Türkiyədə Rəcəb Tayyib Ərdoğan əleyhinə müxalifyönlü qüvvələrin tənqidi fikirləri səsləndirilir. Bu cür məsələlər təkcə Türkiyədə deyil, Azərbaycanda bəzi sosial şəbəkə istifadəçilər arasında da müşahidə olunmaqdadır. Belə ki, sosial şəbəkələrdə Ərdoğan əleyhinə tənqidi və qərəzli fikirlərin şahidi oluruq ki, bu da Türkiyə vətəndaşlarının diqqətindən kənarda qalmır.
Bəs bu cür məsələlərdə necə davranmaq lazımdır? Belə qərəzli fikirlər səsləndirənlər kimlərdir?
Milli Məclisin deputatı Ceyhun Məmmədov azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə bu cür yanaşmalar düzgün deyil:
"Bu məsələdə hər birimiz diqqətli olmalıyıq. Biz sosial şəbəkələrdə belə yanaşmaları görürük. Mən hesab edirəm ki, bu yanaşma düzgün deyil. Türkiyədə gedən proseslər bizim üçün önəmlidir və bizdə həssaslıq doğurur. Amma nəzərə almalıyıq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin bu günə gəlib çıxmasında, güclənməsində, möhkəmlənməsində, daha da güclü olmasında müstəsna xidmətləri var, bu, birmənalıdır". 
Deputat qeyd edib ki, hansısa fərqli düşüncə təhqirə, şəxsiyyətin alçaldılmasına aparıb çıxarmamalıdır:
"Vətən müharibəsi dövründə və bu gün də Türkiyə bizə ən çox yaxın olan dövlətlərdən biridir. Müharibə dövründə də Azərbaycana çox dəstək oldu, Cənab Prezident də öz çıxışlarında da bu məsələ toxundu. Ona görə də, bu münasibəti, bu hörməti, ehtiramı qorumalıyıq. Nəzərə almalıyıq ki, Türkiyə mətbuatı da Azərbaycan mətbuatını ciddi şəkildə izləyir. Bir sıra hallarda belə yanaşmalar Türkiyə tərəfindən də müsbət qarşılanmır. İndi kimsə bəyənməyə bilər, kimsə fərqli düşünə bilər, amma bu, təhqirə, şəxsiyyətin alçaldılmasına, qərəzli yanaşmaya aparıb çıxarmamalıdır. Biz bütün yanaşmalarımızda Azərbaycan-Türkiyə münasibətlərin stratejiliyini, bu münasibətin önəmini, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərdə saxlamalıyıq. Bu məsələyə diqqətlə yanaşmalıyıq".
"Belə məsələlər zamanı yanaşmalarda da, bəyanatlarda da, açıqlamalarda da diqqətli olmalıyıq. Bəzən çox anormal, qərəzli, çox məntiqsiz, çox düşünülməmiş açıqlamaları da görürük, mən hesab edirəm ki, bu, yolverilməz və qəbuledilməzdir. Bunlar ikitərəfli münasibətlərə də xələl gətirən məsələdir", - deyə deputat əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 11 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri