Sosial verilişlərdə edilənlər haramdır

Sosial verilişlərdə edilənlər haramdır"Hər bir insanın səhvləri var. Mən heç kimin səhvini ifşa edib danışmıram. Əgər mənə yaxın biridirsə, ondan çox-çox üzr istəyərək deyirəm ki, qəlbi qırılmasın. Birtəhər başa salıram ki, bu, olmaz".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Qapqara" yutub layihəsində deyib. O, insanların səhvlərinin ictimailəşdirilməsinə və sosial verilişlərdə insanların aşağılanması münasibət bildirib:
"Məsələn, instaqram səhifəsində rəy yazanlar var. Mən o adamlara deyirəm ki, bu şeyləri "direct"ə yazsanız, daha yaxşı olar. Çünki sən yaxşılıq etmək istəyirsənsə də, orada yazıb daha da pislik etmiş olursan. Bu şeyləri şəxsiyə yazın, məsələ səninlə onun arasında olsun. Bir adamın 200 min izləyicisi var və ümumi səhifəyə yazırsan. Elə bilirsən ki, yaxşı iş görürsən, amma göz düzəltdiyin yerdə vurub qaşını da çıxarırsan. Çünki Allah sənin bu əməlini bəyənmədi. Ona görə ki, bunu camaatın arasında dedin.
Bizim sosial verilişlərimizdə 70 yaşlı qadını orada otuzdururlar və əyləşən ekspertlər ona sözləri döşəyirlər. Baxırsan ki, adamı az qala öldürsünlər. Başa düşmürlər ki, etdiklərinin hamısı günahdır. Səhv yox, birbaşa günah və haramdır. Çünki sənin 70 yaşına qədər o adamın mətbəxindən xəbərin yoxdur, hansı mərhələləri keçə-keçə gəlib bu hala düşüb. Onun haqda bir şeyi eşidirsən və onu aşağılamağa başlayırsan. Bunlar haram və günahdır".

Şou Biznes       Tarix: 16 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az metbuat dunya xeberleri axsam.az xeberler