Şou-biznesin iki məşhuru barışdı
Xalq artisti Röya Ayxan həmkarı İradə İbrahimova ilə küsülülüyə son qoyub.
Open.az xəbərverir ki, sənətçi iki ildir küsülü olduğu müğənni İradə ilə barışıb.
O, "İnstaqram"ın "Story" bölməsində İ.İbrahimovanın "Kimdir günahkar?" adlı mahnısını paylaşaraq videoya onu da işarələyib.
İradə də sözügedən videonu paylaşıb və səhifəsində bu sözləri yazıb: "İnsanın həyatında gözəl şeylər olduqca, daha çox paylaşmaq, coşdurmaq, o gözəl hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Öz içindəki gözəlliklərə başqa birində rast gəlmək gözəl hissdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda. Doğrudan, görəsən kimdir günahkar?".
Qeyd edək ki, müğənnilər arasında dava "ATV maqazin onlarla" proqramında İ.İbrahimovanın "Röya Türkiyədə ulduz ola bilməyəcək. Əbəs yerə pul xərcləyir" açıqlamasından sonra yaranmışdı. /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq