Şoyqu ilə bağlı Putinə pis xəbər: Kəşfiyyat xəbərdarlıq etdi, təşviş başladı
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd cəhdinin qarşısının alındığına dair məlumat müzakirələrə səbəb oldu. Ölkənin kəşfiyyat xidməti sui-qəsdin Moskvadakı Troekurovskoye qəbiristanlığında, Şoyqunun qohumlarının məzarlarının yaxınlığında planlaşdırıldığını açıqlayıb.
Belə ki, Şoyqunun ziyarətlərini izləyən cihaz gül vazasında gizlədilibmiş. Kəşfiyyat agentliyi həmçinin Rusiyanın digər bölgələrində də oxşar terror hücumlarının planlaşdırıldığı barədə xəbərdarlıq edib və vəziyyəti hökumət rəsmilərinə qarşı hücum cəhdlərinin bir hissəsi adlandırıb.
Bu, artıq Rusiya üçün yeni mərhələdir? Şoyqu terror aktı nəticəsində öldürülsəydi, Rusiyada nə baş verərdi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Sergey Şoyqu Rusiya hakimiyyətində önəmli fiqurdur:
"O, uzun illər Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsi, indi isə Rusiya Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Şoyqu həm də Rusiyanın siyasi elitasında Prezident Vladimir Putinlə yaxınlığı ilə seçilir. Buna görə də, ona qarşı hər hansı bir terror aktının baş tutması ölkədə rezonans doğura bilər.
Yusif Bağırzadə
Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Tərəflər bir-birinin daxilində terror hücumları törətməkdən çəkinmir. Bu yolla onlar siyasi xadimləri və hərbçiləri hədəfə alırlar. Şoyquya təşkil olunan sui-qəsd baş tutmayıb və rəsmi məlumat yoxdur. Yəni sui-qəsdin dəqiq kim tərəfindən planlaşdırıldığını indiki məqamda demək olmur. Artıq Rusiyanın təhlükəsizlik xidmətləri hücumda günahlandırılan tacik əsilli miqrantları həbs edib".
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib