Söyüdlüdə fəaliyyəti dayandırılan qızıl şirkəti açıqlama yaydı

Söyüdlüdə fəaliyyəti dayandırılan qızıl şirkəti açıqlama yaydıAzərbaycanda qızıl, mis və gümüş hasilatçısı olan "Azerbaijan International Mining Company" (AIMC) Söyüdlü kəndi yaxınlığındakı tullantı gölü ilə bağlı yerli əhalinin qaldırdığı problemlərlə bağlı narahatlığını ifadə edir.
Bu barədə "Azerbaijan International Mining Company"nin ictmaiyyətə açıqlamasında bildirilir.
Açıqlamada daha sonra qeyd edilir: "AIMC, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 11-də keçirilən müşavirədə söylədiyi fikirlərəhörmətlə yanaşır və səsləndirdiyi iradları qəbul edir . Bu iradlara cavab olaraq AIMC dərhal tədbirlər görərək məsələnin həlli istiqamətində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə yaxından əməkdaşlıq edir. 
AIMC Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətlə bağlı hərtərəfli araşdırma aparmaq üçün bütün maraqlı tərəflərlə, o cümlədən Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun tapşırığı ilə yaradılmış Komissiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edir.
İyulun 18-də Komissiya Gədəbəy rayonunda Söyüdlü sakinlərinə indiyədək görülmüş işlər və gələcək qiymətləndirmə planları barədə məlumat vermək üçün iclas keçirib. Bundan sonra AIMC rəhbərliyi və əməkdaşlarının iştirakı ilə kənd sakinləri ilə Komissiyanın ilkin nəticələrinin qiymətləndirilməsi üçün ayrıca görüş təşkil olunub.
Bundan əlavə, cənab Prezidentin və ETSN-in göstərişi əsasında Komissiya müvafiq araşdırma və sonrakı qiymətləndirmə prosesində ekspertizasından və dəstəyinindən istifadə etmək üçün geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən "Micon International" (Micon) şirkəti ərazidə monitorinq keçirməsi üçün cəlb edib. 1 avqust 2023-cü il tarixində başlanacaq araşdırmaya qədər mədəndə əməliyyatlar davam edəcək. Bu tarixdən sonra isə altı həftə ərzində planlaşdırılan monitorinqin nəticələrinə qədər müəssisənin fəaliyyəti dayandırılacaq.
Sözügedən tədbirlərlə əlaqədar, AIMC həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti "Knight Piesold" ilə ETSN-nin sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlayıb.
AIMC uzun illərdir Azərbaycanda göstərdiyi fəaliyyəti dövründə şəffaflıq və ən qabaqcıl təcrübələrin tətbiqi prinsiplərinə hər zaman sadiq olduğunu bildirir. Şirkətin əməliyyatlarında sağlamlıq və ətraf mühitin mühafizəsi məsələləri hər zaman yüksək prioritet təşkil edib.
Buna görə də AIMC ETSN-nin təhlükəsizlik tövsiyələrinə riayət olunmasını təmin etmək üçün müfaviq addımları atmağa və dövlət qurumları və maraqlı tərəflərlə əməkdaşlığadavam edəcək.
AIMC Azərbaycanın qeyri-neft sektorunda ən böyük ixracatçı və mədənçıxarma sektorunda ən böyük birbaşa xarici investor kimi öz mövqeyini qürurla qoruyur. AIMC Azərbaycanda 1600-dən çox tamştatlı iş yeri yaradıb. 
Qeyd edək ki, işçilərin yalnız 42-ni xarici mütəxəssislər təşkil edir. Yerli işçi qüvvəsinə gəldikdə, AIMC ölkə daxilində yerli istedadların inkişafını fəal şəkildə dəstəkləyir və bunu davam etdirəcək. Sosial məsuliyyətə sadiqliyinə uyğun olaraq, AIMC tezliklə üç illik əhatəli korporativ sosial məsuliyyət strategiyasını işləyib hazırlayacaq.
AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis layihələrinin kəşfiyyatı, idarəedilməsi və hasilatın pay bölgüsünü əhatə edən əməliyyatlar üzrə faəliyyət göstərən şirkətidir. Onun portfelinə istismarda olan Qoşa və Gədəbəy mədənləri daxildir. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində layihələr 51 faiz paya malik olan Azərbaycan Respublikası Hökuməti ilə tərəfdaşlıq şərtləri əsasında həyata keçirilir.
AIMC şəffaflığa, açıq ünsiyyətə və dayanıqlılıq təcrübələrə tam sadiqdir, çünki Şirkət mövcud vəziyyətin həlli və yerli ictimaiyyətin rifahının və ətraf mühitin uzunmüddətli qorunmasının təmin edilməsi istiqamətində çalışır".
Xatırladaq ki, Baş nazir Əli Əsədov tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın iyulun 13-də keçirilmiş ikinci iclasında Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq AIMC şirkətinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun