S&P "Kapital Bank"ın reytinqini təsdiqlədi - proqnozu müsbət saxladı
"S&P Global Ratings" "Kapital Bank"ın kredit reytinqini təsdiqləyib və bank üzrə proqnozu "müsbət" səviyyədə saxlayıb.
Agentlik Kapital Bankın uzun və qısamüddətli emitent kredit reytinqlərini "BB-/B" səviyyəsində təsdiqləyib və proqnozun "müsbət" olduğunu bildirib.
S&P qeyd edib ki, Azərbaycanın ən iri üç bankından biri olan Kapital Bank Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətlərini birləşdirən rəqəmsal ekosistemi genişləndirməklə pərakəndə bazarda mövqelərini daha da möhkəmləndirir. Agentliyin qiymətləndirməsinə görə, bu yanaşma xüsusilə əməkhaqqı layihələri və pensiya ödənişləri ilə bağlı qanunvericilikdəki son dəyişikliklər fonunda müştəri loyallığını artırır.
S&P əlavə edib ki, bankın kredit portfeli 2025-ci ildə gözləniləndən daha zəif artıb və ümumi kredit portfeli təxminən 4% genişlənib. Bu dinamika isə Kapital Bankın kapitallaşma səviyyəsinin yüksəlməsinə şərait yaradıb.
Agentlik bankın riskə uyğunlaşdırılmış kapital göstəricisinin (RAC) 2026–2027-ci illərdə təxminən 5,75–6,25% diapazonunda olacağını proqnozlaşdırır.
S&P-nin bildirdiyinə görə, növbəti 12–18 ay ərzində Kapital Bankın rəqəmsal təşəbbüsləri bankın maliyyə pərakəndə bazarında lider mövqeyini daha da gücləndirə və iqtisadi risklərin azalması fonunda reytinq üzrə əlavə müsbət potensial yarada bilər. / azxeber.com

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu