"Space" TV-nin rəhbəri Vaqif Mustafayev kino adı ilə işçisinə toy etdi - VİDEO

"Space" TV-nin rəhbəri Vaqif Mustafayev kino adı ilə işçisinə toy etdi - VİDEOSon vaxtlar nədənsə karantin qaylarını pozub, toy, nişan və bu kimi məclislər keçirənlərin sayı xeyli çoxalıb. Amma, xalqa nümunə olub da, daha səbirli davranmalı şəxslərin də bunu etməsi insanları haqlı olaraq qıcıqlandırdı.
Open.az xəbər verir ki, daha bir qayda pozuntusu spacenin proqram departamentinin rəhbəri Tomadan gəldi. Əsl adı Tamara Məmmədova ola bu xanım Kollektivdə "Toma " kimi tanınır. Zaman- zaman KİV.lərdə yayılan məlumatlarda bu xanımın "Space" telekalının binasında özünü şəxsi villasındakı kimi aparmaq, istədiyi işçini istədiyi an mühafizənin köməyilə bayıra atmaq, hanısısa qonağını xoşlamadığı verilişi efirə buraxmamaq, qılıncının altından keçməyənləri cəzalandırmaq iqtidarındadır. Ona kanalındakı, bəli, səhv eşitmədiniz kanalındakı səlahiyyətləri yetmir. O cəmi 3 il Space-də çalışsa da, ötən il Vaqif Mustafayevin dəstəyi ilə jurnalistlərə verilən evlərdən pay ala bilib. Və bu da Space-də 10 ildən artıq işləyən əməkdaşlar arasında narazıçılıq yaradıb.
Üstəlik o, həm də ölkənin belə bir həssas zamanında, pandemiya dövründə karantin qaydalarını poza da bilir, toy da keçirə bilir. Bir neçə gün bundan əvvəl Space-nin rəhbəri Vaqif Mustafayevin də dəstəyi və tövsiyyəsilə Toma Novxanıda öz bacısına toy mərasimi keçirib. Qaydasız-qanunsuz toy... Aldğımız məlumata görə, toyda şou aləminin bir çox tanınmış nümayəndələri iştirak edib. Toyun təşkilatçısı isə "Yanar Saat" verilişinin tanınmış aparıcısı Anar Vaqifoğlu olub. Aparıcı isə "Toppuş bacı" kimi tanını Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev olub. Məhşur qonaqlar sırasında aparıcı Mikayıl Güləddinoğlu, tanınmış rejissor Fuad Əlişovun bacısının da iştirak etdiyi deyilir. Gördüyünüz bu şəkil isə toydan əldə etdiyimiz yeganə sübutdur.
Bu mövzuyla bağlı toy iştirakçıları ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Space-nin proqram departamenti rəhbərinin köməkçisi Aynurə xanım isə toyla bağlı heç bir fikrinin olmadığını deyərək, nədənsə telefonu necə deyərlər, üzümüzə bağladı.. Amma əlimizdəki şəkildə Aynurə xanımı görmək mümkündür.. A
Əldə edilən məlumata görə, toyun keçirilməsinin qarşısını almağa gələn polis əməkdaşlarına burada sadəcə Space telekanalı üçün çəkiliş prosesinin getdiyi deyilib.
Nəzərinzə çatdıraq ki, pandemiya ilə əlaqədar Azərbaycan kütləvi tədbirlər, o cümlədən toylar, həmçinin 6 nəfərdən artıq toplaşmaq qadağandır. (baku.tv)

BAKU.WS

Şou Biznes       Tarix: 25 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber valyuta mezennesi sou biznes xəbər