Spiker: "Estoniya bölgədə sülhün təmin olunmasının tərəfdarıdır"

Spiker: Mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniya parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazir Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini bildirib. Ölkələrimiz arasında son zamanlar intensiv dialoqun həyata keçirildiyi, o cümlədən parlament ölçüsündə qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib. C.Bayramov cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu, bu müddət ərzində əlaqələrin inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu səsləndirib.
Y.Ratasın Azərbaycana səfərinin çox məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlət başçısı ilə keçirilən görüşə, Şuşa şəhərinə edilən səfərə məmnunluqla istinad edib. O, iki ölkə arasında tarixi bağların olduğunu qeyd edib və Azərbaycan xalqını 28 may – Müstəqillik Günü münasibətilə təbrik edib.
Görüşdə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə informasiya texnologiyaları, təhsil, alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının olduğu vurğulanıb.
C.Bayramov Estoniya parlamentinin sədrinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər arasında baş tutan görüş barədə məlumat verib.
Y.Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunya xeberleri cəbhədən son xeber dunyada son xeberler