Spiker: "Prezidentin faktları qarşısında Paşinyan çıxılmaz vəziyyətə düşdü
Spiker: "Prezidentin faktları qarşısında Paşinyan çıxılmaz vəziyyətə düşdü"
"İyunun 18-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb".
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib.
"Prezident İlham Əliyev sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb. Buna görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir", - deyə S.Qafarova əlavə edib.
S.Qafarova deyib ki, Prezidentin çıxışında digər diqqətçəkən məqam isə ölkə başçısının növbəti dəfə Ermənistanın baş nazirini ifşa etməsidir:
"Möhtərəm Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa etdi.
Dedi ki, son günlər Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, Ermənsitan danışıqların mahiyyət və formatını məhv etməyə çalışır.
Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü".
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir