Sponsorların tərəddüdləri, gerçək həyat hekayələri "Sayrışan işıqlar" təqdim olundu - FOTOLAR

Sponsorların tərəddüdləri, gerçək həyat hekayələri "Sayrışan işıqlar" təqdim olundu - FOTOLARKinematoqrafçılar İttifaqının nəzdindəki Kino Evində Azərbaycanın ilk internet serialı "Sayrışan işıqlar"ın qala gecəsi keçirilib.
Open.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi "Sayrışan işıqlar" adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır. Ekran işinin yaradıcı heyətiqonaqlarla birlikdə serialın ilk bölümünü izlədikdən sonra fikirlərini bölüşüblər.
Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır: "Bu addımı atmaq peşəkarlıqla yanaşı cəsarət tələb edirdi. Çünki izləyicinin yerli filmlər barədə ümidləri tükənib. Buna baxmayaraq ətrafımda olan sadiq və işinin peşəkarı olan dostlarla birlikdə "Sayrışan işıqlar" bədii internet serialını ərsəyə gətirdik. Ssenari yazılan zaman müasir izləyici psixologiyasını əsas götürdük. Xüsusilə yutub izləyici psixologiyasını araşdıraraq ona uyğun ssenarini yazdıq. Filmin hisslərə toxunacağını bilirdim, amma qala gecəsində zalda demək olar ki, hər kəsin ağlaması bir daha məni əmin etdi. Düşünürəm ki, film psixologiyanın predmetidir və bacardığım qədər filmə psixologiyanı tətbiq edirəm. Məqsədimiz sadəcə serial çəkib internetə yüklənmək deyil. Biz Azərbaycan film sektorunda yeni cığır, yeni yol yaratmaq istəyirik. Əlbəttə ki, bunun Azərbaycan kino sahəsinə böyük qatqısı olacaq. İnternet serialı olduğu üçün işimiz sosial şəbəkələrdə paylaşımlardan keçir. Nə qədər çox paylaşılsa, bir o qədər effekt əldə edəcəyik. Və bu tək bizim deyil, Azərbaycan kinosunun qazancı olacaq. Hazırda paralel olaraq komediya və detektiv janrında internet serialı üzərində çalışırıq. Bununla yanaşı sırf yeniyetmələrə xitab edəcək layihənin də ilkin addımlarını atmışıq. 2020 Azərbaycan filmi üçün dirçəliş ili olacağına əminəm. Çünki əvvəllər sponsorlar internet üçün çəkilən işlərdən qaçsalar da, indi daha isti münasibət göstərirlər".
Seriaın baş rol ifaçısı, aktrisa Aysel Nazim ekran işinin uğurlu olacağına inandığını deyib: "İlk dəfə təklifi eşidəndə tərəddüdlərim oldu, amma Zaurun bacarığına əmin olduğum üçün qəbul etdim. İlk bölümün çəkilişləri maraqlı keçdi. Həkim obrazını heç vaxt canlandırmamışdım, mənim üçün də fərqli təcrübədir.
Digər həmkarlarımız, dostlarımız da sosial şəbəkələrə, yutuba üstünlük verirlər. İnanıram ki, internet seriallarının sayı artacaq və sponsorlar tərəddüd etmədən bu işlərə qol qoyacaqlar".
Aktyor Rəşad Kəsəmənli isə serialın çəkilişlərinin maraqlı və həyəcanlı keçdiyini deyib. O bildirib ki, Azərbaycan tamaşaçısı real həyat hekayələri izləyəcəklər və ekran işində bir çox səhiyyə, həkim-pasient problemləri canlanandırılacaq.
Qeyd edək ki, serilda əsas obrazlarda Nalati, Kərəm Hadızadə, Eva Elvidə, Sədaqət Oktay və digərləri canlandırır. Filmin quruluşçu operatoru Elvin Əsgərov, köməkçi rejissor qismində Böyükağa Əliyevsəs rejissoru Vüqar Sübhandır. /open.az

Şou Biznes       Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler ən son xəbərlər bugün en yeni xeberler xeber.az son xeberler