SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük ARZU KİMİ QALACAQ - Politoloq

SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük ARZU KİMİ QALACAQ - PolitoloqUkraynada istədiyi nəticəni əldə edə bilməyən işğalçı Rusiya özünə yeni hədəflər seçib. Belə ki, şimal qonşumuz Moldovaya hücum qərarı qəbul edib. Kreml artıq hücum üçün hətta dəqiq plan hazırlayıb. Ukrayna kəşfiyyatındakı mənbələrin məlumatına görə, əgər Rusiya o əraziləri nəzarətə götürsə, Ukrayna yüngül hədəfə çevriləcək. Mənbə bildirir ki, Moldovanın işğalı Ukraynanın qərb tərəfdən də işğalına yol açacaq.
Bəs görəsən, Rusiyanın Moldovaya hücumu nə dərəcədə realdır? Belə olan təqdirdə Avropa ölkələri məsələyə qarışacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Rusiyanın Moldovanı işğal edəcəyi real görünmür:
"Dnestryanı ərazilər onsuz da rusların nəzarətindədir. Orada Rusiyanın "sülhməramlı" qoşunları var. Kreml orada qondarma referendum keçirməklə həmin əraziləri özünə birləşdirmək haqqında qərar qəbul edə bilər. Moldovanın Rusiya ilə ümumi sərhədi yoxdur. İndiki halda Rusiya üçün Moldovada hərbi əməliyyatlar aparmaq daha çətin olar. Çünki Kreml rəhbəri Ukraynada istədiyi nəticəni əldə edə bilmir. Düşünürəm ki, Ukrayna kəşfiyyatının məlumatlarına bir o qədər də etibar etmək olmaz. Əgər ABŞ kəşfiyyatı bu haqda informasiya yaysaydı, onu ciddi qəbul etmək olardı. Sadəcə olaraq müasir dövrdə hibrid müharibə aparılır. İnformasiya müharibəsinin tərkib hissəsi kimi Ukrayna kəşfiyyatı ictimaiyyətə belə məlumatlar ötürür. Lakin Rusiyanın Moldovanı işğal edəcəyi real görünmür. Putin çalışır ki, Ukraynadakı müharibəni qısa vaxt ərzində yekunlaşdırsın".
SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük ARZU KİMİ QALACAQ - PolitoloqPolitoloq bildirib ki, SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük arzu kimi qalacaq:
"Rusiyanın SSRİ-ni bərpa etmək iştahı var idi. Lakin müharibənin gedişatı onu göstərdi ki, rus ordusunun bunun üçün kifayət qədər gücü yoxdur. Putin qoşunlarının əsl gücünü gördükdən sonra imperiyanı bərpa etmək fikrindən daşındı. Mayın 9-da Donbasda qondarma referendumun keçiriləcəyinə dair müəyyən məlumatlar yayılıb. Yəqin ki, Putin bunu qələbə kimi elan edəcək. Çünki o, daxili auditoriyaya qələbənin rəmzi kimi nə isə təqdim etməlidir. Görünür SSRİ-ni bərpa etmək Putinin ürəyində ən böyük arzu kimi qalacaq. Ukraynadakı uğursuz hərbi əməliyyatları bunu deməyə əsas verir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 02 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler cəbhədən şad xəbər futbol xeberleri azerbaycan son xeber bugun