Stalindən Ukrayna liderinə şokoladlı SUİ - QƏSD

Stalindən Ukrayna liderinə şokoladlı SUİ - QƏSDRuslarla ukraynalılar arasında münaqişənin sui-qəsd və xüsusi əməliyyatlar tarixi var.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Stalin dövrünün kəşfiyyat rəislərindən olan Pavel Sudoplatov kitabında şokolad qutusuna gizlədilmiş bomba ilə Ukrayna millətçilərinin lideri Yevgeni Konovaletsi necə öldürdüyündən bəhs edir.
1917-ci ildə bolşevik inqilabından sonra Ukrayna millətçiləri də müstəqil dövlət uğrunda mübarizə aparırdılar. Sovet Rusiyası bütün imkanları ilə bu hərəkatın qarşısını almağa çalışırdı. 1930-cu illərdə ukraynalı millətçilər nasistlərin idarə etdiyi Almaniya ilə də əlaqə saxlayırdılar. Yevgeni Konovaletsin rəhbərliyi altında onlar daha da gücləndilər. Sovet kəşfiyyatı onları çox diqqətlə izləyirdi. Agent Pavel Sudoplatov artıq onların sıralarına sızmışdı. O Stalinin özündən aldığı əmrlə sui-qəsd edəcəkdi. Pavel Sudoplatov "Xüsusi missiyalar – Sovet kəşfiyyatı rəisinin xatirələri" kitabında bu prosesi ətraflı təsvir edərkən deyir:
"8 aylıq təlimdən sonra mən hazır idim. Vasili Lebed məni müşayiət etməli idi. O, Ukrayna millətçilərinin baş nümayəndəsi kimi tanınsa da, 13 il Sovet kəşfiyyatında çalışıb. Vəzifəmə görə Lebedin qardaşı oğlu rolunu öz üzərimə götürdüm. Stalin "Konovaletsin zəif cəhətləri hansılardır? Ondan yararlanın" deyə bildirdi. O Şokoladı çox sevir, getdiyi yerdən bir qutu şokolad alır dedim. Texniki büroya şokolad qutusuna gizlədilmiş bomba hazırlamaq tapşırıldı. Qutunun qapağı ənənəvi Ukrayna motivləri ilə bəzədilməli idi. Vaxt mexanizmi heç bir düyməyə qoşulmadı. Bomba qutu şaquli vəziyyətdən üfüqi mövqeyə köçürüldükdən 30 dəqiqə sonra partlayacaqdı. Qutunu pencəyimin daxili cibində şaquli vəziyyətdə daşımalı oldum. Mən hədiyyəni Konovaletsə verib o partlamamış getməliydim. Biz Konovalets ilə 23 may 1938-ci ildə Rotterdamdakı "Atlanta" restoranında saat 10-dan 12-ə qədər görüşdük. Qısa söhbətdən sonra axşam yenidən görüşməyə razılaşdıq. Hədiyyə paketini üfüqi şəkildə stolun üstünə qoydum. Restorandan çıxandan sonra mağazadan papaq və palto aldım. Mağazadan çıxanda təkərin partlaması kimi bir səs eşitdim. Mən sürətlə qatar stansiyasına getdim və Parisə ilk qatara mindim. Parisdən Barselonaya getdim. Qəzetlər ukraynalı millətçilərin liderinin küçənin ortasında partladıldığını yazırdılar".
Qeyd edək ki, Pavel Sudoplatov 1907-ci ildə Ukraynanın Melitopol şəhərində anadan olub və 20 yaşında girdiyi sovet kəşfiyyatında sürətlə yüksəlib. O, ukraynalı olsa da onun ilk mühüm missiyası ukraynalı millətçilərə sui-qəsd etmək idi. Daha sonra o, Trotskinin öldürülməsini şəxsən planlaşdırıb və ona rəhbərlik edib. Stalinin ən etibarlı adamlarından biri olan Pavel Stalindən sonra həbs olundu. O, 15 ilini həbsxanada keçirib və 1994-cü ildə xatirələrini çap etdirib. 1996-cı ildə vəfat edib.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 10 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az son xeber az bu gunun xeberleri haqqinda melumat oxu.az xeberler