Standard & Poor's Azər Türk Banka yüksək reytinq verdi
Dövlət bankı Azər Türk Bank özünün fəaliyyəti tarixində ilk dəfə olaraq beynəlxalq reytinqə layiq görülüb.
azxeber.com xəbər verir ki, S&P Global Ratings beynəlxalq reytinq agentliyi Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini "B+/B" səviyyəsində qiymətləndirib. Reytinqlər üzrə proqnoz "Sabit"dir.
Standard & Poors öz rəsmi açıqlamasında bildirir ki, pərakəndə seqmentdə özünün bazar payını artırmaqda olan müxbir hesablarına xidmət sahəsində Bank güclü mövqelərə malikdir.
Agentliyin rəyinə görə Bankda risklərin idarə edilməsi üzrə idarəetmə sistemi mükəmməl səviyyədədir. Qeyd edilir ki, Bankın risklər üzrə belə bir mövqeyi növbəti ildə də davam etdirəcəyi gözlənilir.
Bildirilir ki, 2022-ci iln 9 ayı ərzində Bankın kredit porfeli 39% artmışdır ki, bu da ölkə bank sistemindəki orta göstəricidən 17% çoxdur.
Bundan əlavə rəydə qeyd edilir ki, 30 sentyabr 2022-ci il tarixinə Bankın likvid aktivlərinin həcmi cəmi aktivlərə nisbətdə 58% təşkil etmişdir.
"Bizim rəyimizə görə Bank likvidlik üzrə göstəriciləri stabil saxlayacaqdır", deyə, bildirilir.
Rəsmi açıqlamada reytinqin komponentləri göstərilmişdir:
Emitentin kredit reytinqi "B+ / Sabit / B"
Kredit qabiliyyətinin xüsusiyyətlərinin qiymətləndirilməsi "b"
Reytinqin baza səviyyəsi "b+"
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin