"Star Wars"un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib - FOTO

"Star Wars"un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib - FOTO
"Star Wars" ("Ulduz müharibələri") serialının uşaq ulduzu kimi tanınan və filmdə "Anakin Skayvolker" obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib.
Onun orta məktəb illərindən psixi problemləri olduğu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığı üzə çıxıb.
Bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd "Scripps News" nəşrinə verdiyi müsahibədə danışıb.
Liza Lloyd oğlunun xasiyyətindəki dəyişikliyi ilk dəfə gördüyü vaxtı xatırlayıb.
"Ceykin orta məktəbdə bəzi problemləri yaranmağa başladı. O, fərqli "reallıqlar" haqqında danışırdı. Bu reallıqdamı, yoxsa başqa bir reallıqdamı olduğunu bilmirdi. Nə deyəcəyimi bilmirdim", - deyə qadın qeyd edib.
Aktyorun anası bir gün oğlundan ev tapşırığını yerinə yetirib-yetirmədiyini soruşub.
"Mən bunu etməliyəm, ya yox, bilmirəm. Hansı reallıqda olduğumu bilmirəm", - deyə Ceyk ona cavab verib.
"Və mən dedim ki, sən bu gün mənim reallığımdasan, ona görə də ev tapşırığını etməlisən", - deyə Liza qeyd edib.
Anasının sözlərinə görə, Ceyki həkimə apardığı zaman onda bipolyar pozğunluq ola biləcəyi deyilib.
"Problemin aradan qaldırılması üçün bir neçə dərman verdilər, amma heç biri təsir etmədi. Daha sonra universitetə ​​başladı. Amma çox dərs buraxırdı və mənə insanların onu izlədiyini deyirdi. Bizə demirdi, amma var olmayan səslər eşidirdi. Küçədə ona baxan "qara gözlü" insanları gördüyünü deyirdi. Bəzən gecə saatlarında "Daily Show"un aparıcısı Con Stüart ilə televiziya ekranından söhbət edirdi. Bir dəfə təşviş içində mənə zəng edib dedi ki, evə kimsə girib və onu vurub. Dəhşətə gəlmişdim, amma sonra hallüsinasiya olduğunu anlamışdım", - deyə Liza Lloyd əlavə edib.
Yeniyetməlik illərindən müxtəlif həkimlərə müraciət edən Ceyk Lloyda sonunda paranoid şizofreniya diaqnozu qoyulub.
"Onlar Ceykə diaqnozunu deyəndə, bu onu daha pis depressiyaya saldı. Həqiqətən çox çətin idi. Xəstə olduğunu düşünmədiyi üçün bir müddət dərman qəbulundan imtina etmişdi", - deyə anası bildirib.
Mənbə: Milliyet / oxu.az

Maraqlı       Tarix: 14 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər