Stress saçlarımızı niyə ağardır? - Alimlər əsas SƏBƏBLƏRİ AÇDI
Stressin saçları ağartması təəccüblü məlumat sayılmır.
Milli.Az xəbər verir ki, Harvard Universitetinin alimləri stressin saçları hansı səbəbdən ağartmasını müəyyən edib.
Tədqiqatçıların fikrincə, müharibə və uçuş qorxusundan yaranan stress saçları ağardır. Yəni, qorxduğumuz zaman hüceyrələrimiz məhdud saç boyasından istifadə edir.
Bunu sübut etmək üçün siçanlar üzərində təcrübə aparılıb. Tədqiqatçılar siçanları üç fərqli stress amili ilə müqayisə edib: fiziki məhdudlaşdırma, ağrı və psixoloji sıxıntı. Siçanların tüklərinin bu üç stress amili əsasında ağardığı məlum olub. Daha sonra tədqiqatçılar saç rəngindəki dəyişikliyə nəyin səbəb olduğunu öyrənmək üçün bir araşdırma da reallaşdırıb. Bu zamana böyrəküstü vəzilər diqqət çəkib. Vəziləri çıxarılan siçanlar yenidən stress faktoru ilə qarşılaşıb və tüklərin ağarması müşahidə olunub.
Bu tədqiqatdan sonra siçanların digər hormonal prosesləri bloklanıb. Nəticədə tədqiqatçılar sempatik sinir reaksiyasının ağ tüklərdən məsul olan kök hüceyrəyə həddindən artıq yüklənməsindən qaynaqlandığını müşahidə ediblər. Bu sinir reaksiyasına maneə törədildikdən sonra siçanlarda tük ağarması dayanıb. (publika.az)
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ