Suçiçəyi keçirənlərdə meymunçiçəyinə qarşı immunitet yaranırmı?
Suçiçəyi keçirənlərdə meymunçiçəyinə qarşı immunitet yaranırmı?
Meymunçiçəyi və suçiçəyi kökündən fərqli xəstəliklərdir, çarpaz immunitet yaratmır, ona görə də suçiçəyi olanların meymunçiçəyindən müdafiəsi yoxdur.
Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") mətbuat xidmətindən xəbərdarlıq edilib.
Bildirilir ki, suçiçəyi olanlarda meymunçiçəyinə qarşı immun müdafiəsi formalaşmır.
"Bir insanın keçmişdə suçiçəyi xəstəliyinə tutulması meymunçiçəyinin şiddətinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Meymunçiçəyi ortopoksviruslar cinsinə, suçiçəyi isə herpes viruslarına aiddir, bu xəstəliklər əsaslı şəkildə fərqlənir və çarpaz immunitet yaratmır", - deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, meymunçiçəyi insanlar arasında da ötürülən nadir virus infeksiyasıdır. Adətən yüngül keçirilir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar da baş verə bilər. Meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və tükənmə daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan səpkilər olur. Səpkilər dəyişir və müxtəlif mərhələlərdən sonra nəhayət qaysağa çevrilir.
Ekspertlər meymunçiçəyinə tutulmamaq üçün başqaları ilə təmasdan çəkinməyi və partnyordan infeksiyalar üçün yoxlanışdan keçməyi istəməyi tövsiyə edirlər.
İyunun əvvəlinə qədər 26 ölkədə 640-dan çox insanın meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb.
Mənbə: RİA Novosti /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi