Süd, yumurta, balıq və qoz-fındıq ən çox qida allergiyası yaradan səbəblər sayılır

Süd, yumurta, balıq və qoz-fındıq ən çox qida allergiyası yaradan səbəblər sayılırStatistik məlumatlara əsasən, dünya əhalisinin 30 faizə qədərində müxtəlif allergik reaksiya və xəstəliklər mövcuddur. Onların arasında bronxial astma, dərman və qida allergiyaları geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin xeyli hissəsi uşaqlardır.
Uşaqlar arasında allergik reaksiyaların ən geniş yayılan növü isə qida allergiyasıdır. Bu, uşaqlarda çox vaxt qusma, qarın ağrısı ilə müşayiət olunur. Allergiya yaradan qidalar isə müxtəlifdir.
Milli.Az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova AZƏRTAC-a deyib: "Ən çox allergiya yaradan qidalara süd, yumurta, balıq və qoz-fındıq aiddir. Uşaqlarda allergiya xəstəliyinin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, asqırmaların artması, burunda və gözdə qaşınmalardır. Xəstəliyin uşaqlara psixoloji təsirləri də var. Allergik xəstəliklərin əksəriyyəti səpgi və qaşınma ilə müşayiət edilir. Bu, uşaqların yuxusunun pozulmasına və nəticədə əsəbiliyin yaranmasına səbəb olur. Məktəbyaşlı uşaqların yaddaşında zəifləmə və qavrama qabiliyyətində geriləmə yaranır".
Nəzərə almaq lazımdır ki, allergiya erkən aşkar olunduqda onun müalicəsi mümkündür. Vaxtında müalicə edilmədikdə ciddi fəsad və ağırlaşmalara səbəb olur. Çox vaxt qida allergiyası müxtəlif dəri səpgilərinə səbəb olur və onların hər birinin özünəməxsus müalicəsi var. Ev şəraitində həmin vaxt dərini qliserinli sabunla yumaq məsləhətdir. Onun qarşısını almaq üçün allergik səpgiləri digərlərindən fərqləndirmək lazımdır. Ən başlıcası, belə hallarla üzləşdikdə vaxtında həkimə müraciət edilməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Bu çay ürəyi qoruyur, stressi azaldır

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler metbuat xeberleri son xeberler bu gun cəbhədən video