"Sülh Şurası" Azərbaycana nə qazandıracaq? - Deputatdan açıqlama

""Sülh Şurası" müharibəni tam şəkildə bitirən yox, onu institusional çərçivəyə salan və legallaşdıran bir mexanizm ola bilər".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 
O deyib ki, "Sülh Şurası" Azərbaycan üçün bir neçə müsbət istiqamətdə üstünlüklər yarada bilər:
"Həm diplomatik sahədə, həm də regional liderlik iddiasının praktik təzahürü kimi çıxış edə bilər. Əsas məsələ ondan ibarətdir ki, şura siyasi alətə çevrilməsin və real gündəmlə işləsin. Bu, son dərəcə vacibdir.
Praktiki baxımdan Sülh Şurasının məqsədi sülhün bərqərar olmasına töhfə verməkdir. Şura birbaşa qərarverici orqan olmasa da, Azərbaycan–Ermənistan münasibətlərində prosesə təsir edən və onu sürətləndirən amilə çevrilə və bir növ "yumşaq güc" aləti rolunu oynaya bilər".
Deputat vurğulayıb ki,bu mexanizm bir neçə istiqamətdə özünü göstərəcək:
"Birincisi, beynəlxalq səviyyədə köhnə və effektivliyini itirmiş mexanizmləri əvəz edə bilər. Məsələn, ATƏT-in Minsk qrupu faktiki olaraq iflasa uğrayıb. Sülh Şurası onu əvəz edərək yeni regional siyasi formatın əsasını qoyar. Bu sözügedən prosesə Türkiyə, Gürcüstan, hətta Rusiya kimi regional ölkələrin daha fəal cəlb olunmasına şərait yarada bilər.  Yəni sülhün bərqərar olmasına regional güclər vasitəsilə töhfə verilməsi deməkdir. Risklər və məhdudiyyətlər də mövcuddur. Sülh Şurası siyasi iradəni əvəz etmir. Azərbaycan və Ermənistan arasında sülhün tam şəkildə bərqərar olması birbaşa Bakı və İrəvan arasında dialoqdan asılıdır. Əgər Ermənistan öhdəliklərdən yayınarsa, şuranın təsir imkanları məhdud olsa da, müəyyən dərəcədə rol oynaya bilər. Yenə də əsas nəticə yalnız birbaşa dialoq çərçivəsində mümkündür və bu prosesdə Vaşinqtonun rolu da danılmazdır".
Parlamentari söyləyib ki, "Sülh Şurası" vasitəçi platformaya çevrilə bilər:
"Rəsmi danışıqların tıxandığı həssas mərhələlərdə tərəflər arasında qeyri-rəsmi dialoq kanalı yarada, kompromislər üçün şərait formalaşdıra bilər. Bu, Ermənistan daxilindəki siyasi parçalanma fonunda xüsusilə vacibdir. Azərbaycan üçün isə postmünaqişə dövründə sülh təşəbbüslərinin müəllifi obrazını daha da möhkəmləndirir. Bu gün Azərbaycan təkcə qalib dövlət deyil, həm də regional lider imicinə sahib ölkədir.
Sülh müqaviləsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbulunu da asanlaşdırır. Şurada təmsil olunan dövlətlər Azərbaycanın sülhə yönəlik mövqeyini və atdığı addımları bir daha qəbul edir. Bu, təkcə Avropa üçün deyil, neytral ölkələr üçün də xüsusi əhəmiyyət daşıyır".
O bildirib ki, bu, Ermənistan cəmiyyətinə bir mesajdır:
""Sülh Şurası" Ermənistan daxilində sülhə qarşı çıxan, müharibə ritorikasını və revanşist ideyaları gücləndirən qüvvələrin təsirini zəiflədə bilər. Sülh Ermənistan üçün iqtisadi və təhlükəsizlik baxımından qoruyucu mexanizmə çevrilə bilər. Bu platforma radikal dairələrə qarşı beynəlxalq təzyiqi də artırar. Eyni zamanda Azərbaycanın və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin - ərazi bütövlüyünün, müstəqilliyin, suverenliyin və xalqın rifahının təmin olunmasına yönəlik addımların dünyaya bir daha nümayişidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 28 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber