Sülhməramlılar üçün "ev tapşırığı": Ora Xankəndidir, siz isə kuryer deyilsiz

Sülhməramlılar üçün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının fəaliyyəti hər ötən gün yeni qalmaqallarla qarşımıza çıxır.
Azxeber.com "Oxu.az"a istinadən xəbər verir ki, xidmətdə olduqları bir ildən artıq müddətdə dəfələrlə qalmaqalların mərkəzinə düşən sülhməramlılar baş verənlərdən nəticə çıxarmaq iqtidarında deyil.
Erməni təxribatları baş verəndə yoxa çıxan, ehtiyac olanda isə tapılmayan, ancaq elə gəldikləri ilk günlərdə ermənilərin sağlığına badə qaldıran sülhməramlıların bir yaxşı tərəfi varsa, o da yəqin ki, humanist olmalarıdır. Ancaq humanizmin də bir çərçivəsi, bir sərhədi var. Humanizm adı altında ermənilərin əlaltısı, xidmətçisinə çevrilmək heç bir halda qəbuledilən deyil.
Ancaq Rusiya sülhməramlıları bu qısa müddətdə bizə göstərdilər ki, onlar bir çox qəbuledilməz anlayışları, rüsvayçı addımları, damğaları sırf ermənilərin "xətrinə" öz üzərilərinə götürə bilərlər. Bunlardan ən pisi isə artıq dəfələrlə müşahidə etdiyimiz "kuryer" damğasıdır.
Sülhməramlılar öz missiyasının icrasında sinifdə qalsalar da, insafən kuryer fəaliyyətində yüksək peşəkarlıq göstərdiklərini vurğulayaq. Elə növbəti qalmaqal da sülhməramlıların kuryer fəaliyyəti ilə bağlıdır.
Qarabağda qışın sərt keçdiyi, kəskin şaxtaların olduğu hər kəsə bəllidir. Ancaq öz fəaliyyətlərini təkmilləşdirmək, missiyalarının icrasını qaydaya salmaq, səhvlərini düzəltməklə bağlı bircə addımı belə düşünə bilməyən sülhməramlılar, ermənilərin bu soyuqdan qorunması üçün gecələrini gündüzlərinə qatıblar.
Bir qədər əvvəl ermənilərin üşüyən ayaqlarına ayaqqabı geyindirən sülhməramlılar, indi də onların üzərini örtəcək yorğanları ermənilərə daşıyırlar. Qəlblərindəki sevgi və humanizmlə erməniləri isidə bilməyəcəklərini anlayan sülhməramlılar bu yolla onları qışın şaxtasından qorumağa çalışacaqlar.
Hətta 200 yorğanı ermənilərə təhvil verən sülhməramlılar bu zaman növbəti sürprizi də açıqlayıb, növbəti dəfə istilik cihazları gətirəcəklərinə söz veriblər. Qısacası, sülhməramlılar ermənilər üşüməsin deyə nümunəvi "xidmət" edəcəklərini bəyan ediblər.
Ancaq sülhməramlılar ehtiyatlı olsa yaxşıdır. Çünki ermənilərlə "yaxın" olmuş hər kəs bilir ki, onlara əlini verən, qolunu güclə xilas edir. Odur ki, apardıqları yorğan, aparacaqları istilik cihazları erməniləri qane etməsə, hətta sülhməramlıların paltarlarına da göz dikə bilərlər. Əgər elə olsa, qış ermənilər üçün rahat keçəcək, ancaq sülhməramlılar paltarsız Qarabağın kəskin şaxtalarında necə olar, onu bir Allah bilir!
Sülhməramlıların tək qəbahətləri bu olsa yaxşı idi, ancaq bununla bitmir təəssüf ki... Onlar hətta harada xidmət apardıqlarını da bilmirlər. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlıların çatdırılma etdiyi ünvan kimi "Stepanakert" göstərilir. Stepanın özü çoxdan cəhənnəmə vasil olsa və Azərbaycanın torpağında ona dair heç nə olmasa da, onun adını yaşatmaq ermənilərə yaraşandır, bunu bilirik. Ancaq Rusiya sülhməramlıları Azərbaycanın torpağında xidmət aparıb, o şəhərin adının Xankəndi olduğunu bilmirlərmi?
Yaxşı, əgər tarixdən xəbərləri yoxdursa, heç olmasa savadsızlığı düzgün bacarsınlar. Əgər Rusiya sülhməramlıları "Stepanakert"in Xankəndi olduğunu bilmirlərsə, ermənilərin qoyduğu uydurma adı bilirlərsə, necə olur ki, Laçın sözünü, Xocalı sözünü öyrəniblər? Heç olmasa bu adlarda səhv etmədikləri üçün onlara qətiyyən təşəkkür etmək fikrində deyilik, ancaq Xankəndiyə görə də bağışlaya bilmərik.
Başqa bir məqam da sülhməramlıların minatəmizləmə işləridir. Düzdür, mina təmizlənməsi prosesi müsbət məqamdır əslində, ancaq burada da "ammalar" çoxdur...
Məsələn sülhməramlılar nəyə görə burada da ermənilərin əvəzinə xidmət edirlər? Çünki Qarabağdakı minaları basdıranların kim olduğu bəllidir. Ermənilər öz dövlətlərinin terror siyasətinə uyğun olaraq Qarabağı minalayıblar. O minaların harada basdırıldığını da yaxşı bilirlər. Belə olan halda nəyə görə onlar özləri bu işlərə cəlb olunmur? Axı sülhməramlıların işi sülhü qorumaqdır, bəs onda nəyə görə ermənilərin qulağından tutub, bütün minaları bir-bir təmizlətdirmək əvəzinə özləri əlaltı kimi bu işlərə yönəlirlər? Rusiya sülhməramlıları ermənilərin qarşısında bu qədərmi acizdir?
Sülhməramlıların baş rol oynadığı qalmaqal nə qədər çoxdursa, suallar da o qədər çoxalır.
Hələlik isə sülhməramlılara sadə xatırlatma edək:
- sizin missiyanız sülh və təhlükəsizliyi qorumaqdır;
- siz kuryer, yorğandaşıyan, ayaqqabıgeyindirən deyilsiniz;
- "humanitar yardım" apardığınız şəhər Xankəndidir;
- Ermənilərin basdırdığı və yerini çox gözəl bildiyi minaları təmizləmək yox, təmizlətdirmək gərəkdir.
Sülhməramlıların bu qalmaqaldan dərs çıxaracağına ümid azdır, ancaq yenə də cəhd edək, onlara bir ev tapşırığı verək ki, yuxarıda yazılanları əzbərləsinlər. Bəlkə aralarında kimsə harada və nə üçün olduqlarını xatırlayar. Onda həm öz işlərini görərlər, həm də ermənilərin əlaltı damğasından xilas olarlar...

Siyasi       Tarix: 24 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər xeber.az 2026 en son xeberler bu gun bugünki xəbərlər