"Sülhməramlıların" həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!

"Sülhməramlıların" həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!"Sülhməramlıların" həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!
Növbəti dəfə Qarabağda xidmət aparan Rusiya sülhməramlıları öz ali missiyasına zidd addımla gündəmə gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda sülhü qorumaq kimi əsas vəzifə daşıyan sülhməramlılar 9 May Qələbə Günü münasibətilə parad keçirmək niyyətindədir və bununla bağlı məşqlərə artıq start verilib.
Oxu.Az xəbər verir ki, Rusiya sülhməramlılarının öz məramlarına yaraşmayan fəaliyyətləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra dəfələrlə gündəmə gəlib. Lakin bu dəfə məramı şübhə doğuran hərbi kontingent ən sadə şəkildə desək, öz "səhvlərinin" ən ağra imza atıb.
Rusiya sülhməramlılarının Qarabağda - əbədi və əzəli Azərbaycan torpağında parad keçirməsi "supergüc" maraqları güdən Kreml üçün adi görünə bilər və ya öz torpağının belə müdafiəsini Rusiyaya həvalə etmiş İrəvan üçün tamamilə məqbul sayılar bəlkə də… Lakin suveren və qüdrətli Azərbaycan dövlətinin ərazisində başqa bir dövlətin ordusunun məramı nə olur olsun hərbi parad keçirməsi, buna hazırlaşması, hətta planlaşdırması belə Bakı üçün qəbuledilməzdir.
Rusiya sülhməramlıları növbəti dəfə unudur ki, onlar hansısa mübahisəli bölgədə deyil, Qarabağda bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı və qəbul etdiyi ərazilərdə xidmət aparır. Bura isə dünyanın bir çox nöqtələrində olduğu kimi supergüclərin vassallığını fəxrlə qəbul edən hansısa dırnaqarası dövlətin torpağı deyil, ordusunun qüdrəti və şücaəti ilə öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Respublikasının ərazisidir. Bu ərazidə hərbi parad keçirəcək qüdrətə və hüquqa sahib olan yeganə ordu – Azərbaycan Respublikası Silahlı Qüvvələridir və bu ordu da öz tarixi qələbəsini Azadlıq meydanındakı möhtəşəm Zəfər Paradı ilə taclandırıb!
Orxan Tağıyev

Siyasi       Tarix: 19 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri