Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMA

Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMARusiya sülhməramlılarının Qarabağdan çıxmasını əks etdirən videogörüntülər yayılıb. İddia olunur ki, rus sülhməramlılarının Qarabağdan çıxması Ukraynada davam edən müharibə ilə əlaqədardır.
Təsdiqlənməmiş məlumatlara görə, rus hərbçilər tezliklə Ukrayna ilə müharibəyə cəlb olunacaq. Həmçinin başqa versiyaya əsasən, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibəyə yola düşəcəklər. Rusiya tərəfi belə bir iddianı təsdiqləməyib və bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Rusiya sülhməramlıları indiki şəraitdə Qarabağdan necə çıxa bilər? Bunun üçün hansı prosedurlar nəzərdə tutulub?
KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Rusiya hərbçilərini Qarabağdan çıxarmaq istəyirsə, bununla bağlı üçtərəfli danışıqlar aparılmalıdır:
"Sülhməramlıların Qarabağda yerləşməsinə üç ölkə birgə imza atıb. Bu sənəd əsasında hansısa şərtlər irəli sürülə bilər. Lakin üçtərəfli danışıqlardan sonra qərarın verilməsi mümkündür. İndiki vəziyyətdə sülhməramlıların Qarabağdan çıxarılması inandırıcı görünmür və mən şəxsən bu iddialara inanmıram".
Bundan əlavə, ekspert vurğulayıb ki, Rusiya sülhməramlılarının sayının azaldılması hazırda gündəmdə deyil:
"Rusiya sülhməramlıları Qarabağdan getməli olsalar, bu məsələ üçtərəfli sənəd əsasında təsdiqlənməlidir. Hansısa video əsasında belə fikir yürütmək real deyil. Qarabağdakı qüvvələrinin Ukrayna müharibəsinə cəlb edilməsi Rusiyanın daxili işidir. Lakin bu, sülhməramlıların Qarabağdan tamamilə çıxması demək deyil.
Sülhməramlı qüvvələr Rusiya Müdafiə Nazirliyinə tabedir. Onlardan necə istəyirlərsə, istifadə edə bilərlər. Buna kiminsə qarışmağa, nəsə söz deməyə ixtiyarı yoxdur. Ancaq bu, sülhməramlı missiyanı başa çatdırdıqdan sonra mümkün ola bilər".
Polkovnik digər versiyaya da diqqət çəkərərək fikrini belə davam etdirib:
"Burada başqa fərziyələr də ola bilər. Ola bilsin ki, sülhməramlıların tərkibindəki əsgərlər müqavilə əsasında xidmət göstərən peşəkarlardır. Onların yerinə başqalarının gətirilməsi mümkündür. Gerçəklik ondan ibarətdir ki, Rusiya sülhməramlı missiyasını dayandırmayıb. Əgər missiyanı dayandırmalı olsalar, bunu hüquqi sənəd əsasında etməlidirlər".
Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanat əsasında rusiyalı sülhməramlılar Qarabağa gəlib. Sülhməramlı qüvvələrə 1960 əsgər, 90 ədəd BTR zirehli maşın, 370 ədəd avtomobil və xüsusi texnika cəlb edilib.
Qarabağın bəzi ərazilərinə yerləşdirilən sülhməramlıların əsas missiyası sülhyaratma əməliyyatına yardım etmək, üçtərəfli bəyanatın icrasını təmin etməkdir. Lakin geridə qalan müddət ərzində sülhməramlılar dəfələrlə qeyri-adekvat hərəkətlərlə gündəmə gələrək, Azərbaycan ictimaiyyətinin etirazına səbəb olublar.

Siyasi       Tarix: 09 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xeber az sonxəbər xəbər az