Sumqayıt Dövlət Universitetinin daha bir prorektoru işdən çıxarıldı
Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub.
azxeber.com xəbər verir ki, o, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək.
Ramazan Məmmədov 01.07.1944-cü il tarixdə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin edilib.
R.Məmmədov filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunub.
Ailəlidir, 3 övladı, 5 nəvəsi var.
Qeyd edək ki, Prezident İlham Əliyevin 13 sentyabr tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunan Rüfət Əzizov bir müddət əvvəl universitetin prorektoru Atayev Qafar Nəriman oğlunu da vəzifəsindən azad etmişdi.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi