Sumqayıt sakinini 8 canavar parçaladı - FOTO
Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb.
KONKRET.az xəbər verir ki, məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib.
"O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib.
Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir.
Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib" deyə saytımıza bildirilib.
Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA