Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlandı

Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlandıBu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.
TƏBİB-dən bildirilib ki, körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.
Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.
Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.
Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.
Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə isə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilmişdir.
Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib. / azxeber.com

Sosial       Tarix: 25 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az sonxəbər qurban bayrami 2026 qarabag