Dizel bahalaşacaq, sonra ucuzlaşacaq

Dizel bahalaşacaq, sonra ucuzlaşacaq2026-cı ildə dizel yanacağının orta dünya qiyməti 2025-ci ildəki 91 dollarla müqayisədə bir barel üçün 135 dollar təşkil edəcək. 2027-ci ildə isə bu göstəricinin bir barel üçün 122 dollara enəcəyi proqnozlaşdırılır.
KONKRET.azTrend-ə istinadən bildirir ki,  bu barədə "Fitch Solutions" şirkətinin struktur bölməsi olan BMI şirkətinin analitiklərinin proqnozunda bildirilib.
Hörmüz boğazından tranzitə tətbiq olunan məhdudiyyətlər ən azı 2027-ci ilin birinci rübünədək dizel yanacağının qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olacaq.
"Yaxın Şərq neftinin və neft məhsullarının tədarükündə yaranan pozuntular dünya bazarında dizel yanacağının əlçatanlığını məhdudlaşdırır, həmçinin artıq təklifin olduğu regionlardan tələbatın təklifi üstələdiyi bazarlara yanacağın daşınmasını çətinləşdirir", – deyə analitiklər qeyd ediblər.
Onların qiymətləndirmələrinə görə, tədarükdəki fasilələr ən ciddi təsirini Atlantik hövzəsi bazarlarında göstərəcək. Belə ki, Nyu-Yorkda dizel yanacağının orta qiymətinin 2026-cı ildə bir barel üçün 143 dollar, 2027-ci ildə isə 126 dollar olacağı gözlənilir. Bununla yanaşı, 2026-cı ilin bəzi həftələrində qiymətlər bir barel üçün 200 dolları ötə bilər.
BMI analitikləri qeyd edirlər ki, ABŞ və İran arasında münaqişə dəniz daşımaları üzrə fraxt, sığorta, təhlükəsizlik və maliyyələşdirmə xərclərinin artmasına səbəb olub. Bu amillər xüsusilə idxaldan asılı olan Atlantik hövzəsi bazarlarına ciddi təsir göstərir. Belə ki, alternativ tədarük marşrutları daha uzun məsafələri əhatə edir və tankerlər donanmasının məhdud imkanlarına əlavə yük yaradır.
Neft məhsullarının kommersiya ehtiyatlarının aşağı səviyyədə olması da qiymətlərə əlavə təzyiq göstərir. Bu vəziyyət bazarın tədarük gecikmələrini, neft emalı zavodlarının fəaliyyətindəki fasilələri və mümkün ixrac məhdudiyyətlərini kompensasiya etmək imkanlarını məhdudlaşdırır.
BMI-nin proqnozuna əsasən, 2028-ci ildən etibarən ticarət axınlarının bərpası və ehtiyatların artırılması dizel yanacağının qiymətlərinin azalmasına şərait yaradacaq.
" Bununla belə, nəqliyyat, kənd təsərrüfatı və sənaye sektorlarının tələbatı əsas bazarlarda qiymətlərin tədarükdəki fasilələrdən əvvəlki səviyyədən yüksək qalmasına səbəb olacaq", – deyə hesabatda bildirilir.
Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, Yaxın Şərqdən kənar regionlarda təklifin artırılması tədarükdəki fasilələri yalnız qismən kompensasiya edə biləcək. Əsas maneələr logistika məhdudiyyətləri və ehtiyatların aşağı səviyyədə olmasıdır.
BMI-nin qiymətləndirmələrinə görə, 2026-cı ilin dördüncü rübündə Hörmüz boğazının açılması ilə bağlı ilkin razılaşmanın əldə olunması ehtimalı 25 faiz, 2027-ci ilin birinci rübündə 40 faiz, ikinci rübündə isə 5 faiz təşkil edir. Daha 30 faizlik ehtimal ilkin razılaşma əldə olunana qədər intensiv hərbi əməliyyatların yenidən başlaması ssenarisinə aiddir.
"Beləliklə, tədarükdə fasilələrin yaranması riskləri ən azı 2027-ci ilin birinci rübünədək qalacaq. Bu dövr ilkin razılaşmanın əldə olunması üçün ən real vaxt çərçivəsi hesab edilir", – deyə hesabatda qeyd olunur.

Sosial       Tarix: 31 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. KONKRET.azyenisabah-a istinadən xəbə

Qazın qiyməti bahalaşır

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. milliaz-a istinadən xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiymət

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU

Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-nin məlumatına görə, gecə saatlarında qadının qızı anasına zəng edib. Anası telefon

Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA

"Yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz və kəsirli yanacaq satışı istehlakçı hüquqlarını ciddi şəkildə pozur". xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib

Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"

"Mənim də gəncliyim, xüsusilə tələbəlik illərim çox böyük kasıblıqla keçib. Hətta şəhərdən universitetə, dərsə getməyə yol pulum belə olmurdu. Ailəmiz o vaxt çox ağır şəraitdə yaşayıb, yəni bu problemlər mənə yad deyil"

Azərbaycanın qaz gəlirləri arta bilər – Səbəb nədir?

"Avropada qaz qiymətlərinin artması Azərbaycan üçün ixrac gəlirlərinin yüksəlməsi baxımından əlavə imkanlar yaradacaq. Çünki Avropa Azərbaycanın əsas qaz bazarlarından biridir və qiymətlərin yüksəlməsi ixrac olunan qazı

Azərbaycanın dövlət borcu azaldı

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyindən -a bildirilib ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, 2026-cı il üçün proqnozlaşdırıla

Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturund

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar qurban bayrami 2026 butun xeberler novruz bayramı