Surenyants: "9-cu bənddən imtina Ermənistana baha başa gələcək"
" class="imgbcode" />Cənubi Qafqazda kommunikasiyaların açılması bölgədə geosiyasi proseslərə bir başa təsir edəcək. Bunu Ermənistanda da başa düşürlər. Qərbin əlində alətə çevirilən Paşinyan komunikasiya xətlərinin açılmasına dair bəyanat versə də, real addımlar atmağa çəkinir. Rusiyanın regiondan çıxması üçün səylər göstərən Ermənistan baş naziri anlayır ki, üçtərəfli sazişin 9-cu bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyi təqdirdə Rusiya regionu tərk edən deyil. Sazişdə nəzərdə tutulduğu kimi dəhlizə Rusiya hərbiçiləri nəzarət edəcək.
Üstəlik, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın "Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəliyi yerinə yetirməlidir" bəyənatı erməniləri xeyli qayğılandırıb.
KONKRET.az xəbər verir ki, erməni politoloq Suren Surenyants hesab edir ki, gec-tez Azərbaycan Naxçıvanla quru əlaqəsini bərpa edəcək. "Paşinyanın "dünyanın kəsişməsi" adlandırdığı Zəngəzur dəhlizi Ankaranın, Bakının, eləcə də Moskvanın tələbidir. Ankara və Moskva Ermənistanı konkret olaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır".
Yeri gəlmişkən son vaxtlar Ermənistanın 10 noyabr bəyannaməsinin 9-cu bəndindən imtina etməsi müzakirə olunur. Məsələyə münasibət bildirən Surenyants bildirib ki, buna yol vermək Ermənistana baha başa gələ bilər:
"Yeni müharibə təhlükəsinin qarşısını almaq, digər tərəfdən bu barədə səmərəli danışıqlar aparmaq lazımdır. Ermənistanın suverenliyi üçün daha az riskli olan rasional həll yolları tapılmalıdır".
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ