Sürücülər AYNA-dan niyə narazıdırlar? - 'Qurum BNA-nın buraxdığı səhvləri düzəldir

Sürücülər AYNA-dan niyə narazıdırlar? - 'Qurum BNA-nın buraxdığı səhvləri düzəldirSon günlər bəzi sürücülər qanunla nəzərdə tutulan parklanma xidmətindən - "AzParking"dən şikayətlənirlər. 
Habelə sürücülərin bir qismi parklanma olan ərazilərdə ödəniş edə bilmədikləri üçün həmin əraziyə təyin olunmuş "AzParking" xidmətinin əməkdaşlarından şikayətlənərək onları dayandıqları nöqtədə tapa bilmədiklərini qeyd edirlər. 
Bundan savayı, sürücülərin xeyli hissəsi yaşadıqları ərazilərdə parklanma talonu ala biləcəklər.
Görəsən, sürücülərin etirazları nədən qaynaqlanır, onları narahat edən hansı məqamlardır? 
Bəs yaşadıqları ərazilərdə parklanma talonu alacaq sürücülər üçün hansı güzəştlər tətbiq olunacaq?
Bütün bu sualların cavabını almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə sorğu ünvanladıq.
Agentliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Tural Orucov saytımıza cavab olaraq bildirib ki, hazırda Bakı şəhərində müəyyən olunmuş 4 ödənişli parkinq zolağı mövcuddur: 
Sürücülər AYNA-dan niyə narazıdırlar? - 'Qurum BNA-nın buraxdığı səhvləri düzəldir"Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, 1-ci, 2-ci və 3-cü zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. 4-cü zonada isə parklanma ödənişsizdir. Bu zonada infrastruktur yaradılacaq, lakin sürücülərdən parklanmaya görə ödəniş tələb olunmayacaq. Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.
Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. 
Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhəsi quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması isə mütləq və məcburi deyil".
Agentliyin səlahiyyətli şəxsi əlavə edib ki, ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb".
Mövzuyla əlaqədar azxeber.com-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov AYNA-nın hazırkı iş mexanizmini və işgüzar fəaliyyətini belə qiymətləndirib:
Sürücülər AYNA-dan niyə narazıdırlar? - 'Qurum BNA-nın buraxdığı səhvləri düzəldir"Bakı Nəqliyyat Agentliyinin də (BNA) səlahiyyətlərinin AYNA-ya verilməsinə baxmayaraq bu qurum başqa bir qurumun yenidən formalaşması nəticəsində yaranmış daha geniş səlahiyyətlərə malik bir agentlikdir. BNA sonradan AYNA-ya tabe oldu. Düşünürəm ki, bu doğru addım idi. Çünki Bakı şəhəri və bölgələrdə nəqliyyat sistemini tənzimləyən vahid bir qurum olmalıydı. Bu da hazırda AYNA-dır. Çox təəssüf ki, BNA-dan qalan bəzi problemlər də miras kimi AYNA-ya qalıb. AYNA indi bu problemləri həll etməklə məşğuldur. Bilirik ki, BNA-nın aktiv fəaliyyətlərindən biri də parklanması məsələsi idi. Bu problemin həll edilə bilməməsi idi. Artıq cəmiyyətin təkidi ilə "AzParking" sistemi yaradıldı. Daha sonra BNA-nın buraxdığı bir çox səhvlərdən biri də velosiped yollarının piyada səkilərinin üzərində çəkilməsi, yolların daraldılması, "butulka effekti"nin yaradılması idi. Ümumiyyətlə, bir çox hallarda BNA Bakı şəhərində vətəndaşların hərəkətini sərbəst etməkdənsə, daha da qəlizləşdirirdi. Buna biz həm də sürücülərə qarşı yaradılan maneələrdən də misal çəkə bilərik. Sürücülərin dayanma-durmaya görə qanunsuz cərimələnməsini də qeyd edə bilərik. Bütün bunlardan sonra məlum olur ki, BNA-nın bir vaxtlar sürücülərə yazdığı aktiv cərimələrin hamısı qanunsuz imiş. Bunlar üzə çıxdı".
Ekspert bildirib ki, yaradılan "AzParking" xidməti Rusiya təcrübəsinin nəticəsidir:
""AzParking" sisteminin yaradılması Rusiya təcrübəsinin nəticəsidir. Bizim orijinal Azərbaycan mütəxəssislərinin təcrübəsi deyil. Belə praktika müxtəlif ölkələrdə var. Düzdür, hazırda həmin tətbiqin özü funksional deyil, amma vətəndaşlar getdikcə buna öyrəşməyə vərdiş edirlər. Ümid edirik ki, bu daha da mükəmməl olacaq. Həmçinin AYNA-ya aid olan nüanslardan biri də avtobus zolaqları dediyimiz ictimai nəqliyyatın yollarıdır. Həmin avtobus zolaqlarının da statusu yoxdur. Sözügedən zolaqlarda hansı nəqliyyat vasitələrinin hərəkət etməsi də müəyyənləşdirilməlidir. Zolağın eni, uzunu neçə metrdir? Bütün bu suallar məlum olmalıdır. Bu zolaqla mopedlər, motosikletlər, taksilər və digər nəqliyyat vasitələri də hərəkət edə bilməlidir. 
Biz sıx olaraq AYNA-nın mütəxəssisləri ilə diskusiyada oluruq. Təklif və iradlarımızı deyirik. Bəzən təkliflərimiz nəzərə alınır, bəzən alınmır. Hər halda biz hesab edirik ki, nəticə etibarilə, AYNA-nın fəaliyyəti qənaətbəxşdir. Cəmiyyətdə AYNA-ya qarşı BNA-ya qarşı olan neqativ fikir formalaşmır. Düzdür, çatışmazlıqlar var, lakin bu, o qədər də böyük problem yaratmır. Ən böyük problem isə nəqliyyata buraxılan avtobusların sayının azlığıdır. Burada özəl daşıyıcı şirkətllərin məsuliyyətsizliyi ön plana çıxır".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.
Sürücülər AYNA-dan niyə narazıdırlar? - 'Qurum BNA-nın buraxdığı səhvləri düzəldir

Sosial       Tarix: 05 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler en yeni xeberler ən son xəbər son xeberler 2026