Sürücülərə XƏBƏRDARLIQ: Bəzi avtomobillər hər an partlaya bilər

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi avtomobillər hər an partlaya bilərSon illər qazla işləyən avtomobillərin sayında artım müşahidə olunur. İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur. Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur. Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevrilir. Bəs görəsən qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir? 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qaz mühərrikli avtomobillərin alışmasının və partlamasının müxtəlif səbəbləri var:
"Ümumiyyətlə avtomobillər üçün benzindən başqa istifadə olan yanacaqlara alternativ yanacaq vasitələri deyilir. Buna dizel, elektrik və maye qazla işləyən maşınlar aiddir. Qazla işləyən nəqliyyat vasitələrinin özünəməxsus payı var. Eyni zamanda qazla çalışan maşınlar xüsusi diqqət tələb edir. Qazla işləyən maşınlar müdaxilələr olduqda alışa və hətta partlaya bilər. Eyni zamanda yanacaq ötürücüləri mühərrikə düzgün qoşulmadıqda da təhlükə yaranır. Əsasən iqlimi ifrat dərəcədə isti olan ölkələrdə ümumiyyətlə qazla işləyən avtomobillərin istifadəsi təhlükəlidir və qəbul olunmur. Azərbaycan gəldikdə isə, son 5 ildə qazla işləyən maşınlarda hansısa partlayış qeydə alınmayıb. Amma bəzi hallarda alışma və yanma hədisələri özünü göstərir və bu o demək deyil ki, bu cür maşınlar qazla bağlı partlayışdan sığortalanıb". 
Ekspert sürücülərin diqqət etməli olduğu nüanslara aydınlıq gətirib:
"Bu növ maşınlara mütləq şəkildə ciddi nəzarət və vaxtında yoxlanışlar lazımdır. Qazla işləyən avtomobillərin təmiri zamanı usta seçiminə diqqət etmək əsas şərtdir. Bəzən olur ki, ustalar hansısa vacib ehtiyat hissəsini atır və avtomobilə qoşmur. Bu isə özlüyündə qaz sızıntısına və avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər. Qaz mühərrikli maşınlar digərlərinə nisbətən dəhşətli dərəcədə təhlükəlidir. Bu cür maşınlar partladıqda ətrafda faciəvi və dağıdıcı fəsadlar verir. Belə hallarla qarşılaşmamaq üçün mütləq şəkildə avtomobilin texniki baxımına və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Sürücülərə tövsiyəm odur ki, ümumiyyətlə çalışdıqları qədər digər yanacaq növlərində çalışan avtomobillərə üstünlük versinlər. Düzdü, qaz mühərrikli avtomobillər benzin və dizellə müqayisədə olduqca qənaətcildir, sadəcə onun texniki baxımına həssas yanaşılmalıdır".  / azxeber.com

Sosial       Tarix: 05 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler en yeni xeberler ən son xəbər son xeberler 2026