"Şuşa Bəyannaməsi ilə ölkəmizə qarşı hazırlanan çirkli planların heç vaxt reallaşmayacağı təsdiqləndi" - Millət vəkili

Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanan bir ili tamam olur. Bu tarixi sənədin imzalanması iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirdi. Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə dünyaya bir sıra önəmli mesajlar verdi. Tarixi sənədin məhz Milli Qurtuluş Gününə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi isə sözlə ifadə edilməyəcək qədər böyük əhəmiyyətə malikdir. Bu gün Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransın keçirilməsi Bəyannamənin vacibiyini bird aha ortaya qoyur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, hazırda dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir: "Bunun fonunda dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab axtarsaq, Azərbaycan-Türkiyə münasibətlərini nümunə çəkə bilərik. Bu gün iki ölkə arasındakı münasibətlər özünün zirvə nöqtəsindədir. Dövlətlərimiz, xalqlarımız və Prezidentlərimiz arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu qardaşlığın təntənəsi bir il öncə – 2021-ci ilin 15 iyun tarixində özünün pik nöqtəsinə yüksəldi. Bizim Milli Qurtuluş günümüzdə Azərbaycan və Türkiyə liderləri tarixi bir sənədə – Şuşa Bəyənnaməsinə imza atdı. Azərbaycanın tarixi və azad şəhərində, Qarabağın incisi sayılan Şuşada bu sənədin imzalanması böyük tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı qardaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Əslində bizim münasibətlərimiz həmin səviyyədə idi. Lakin bu sənədin imzalanması münasibətləri hüquqi baxımdan tənzimlədi. Bəyannamənin müvafiq bəndinə görə, Azərbaycan və Türkiyə həm də hərbi müttəfiqə çevrildi. Belə ki, ölkəmizə qarşı üçüncü dövlətin təhdidi və ya təcavüzü baş versə, qardaş Türkiyə Azərbaycanın yanında olacaq. Türkiyəyə münasibətdə rəsmi Bakı da eyni analoji addımı atacaq. Bizim münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də hərbi müttəfiqlik üzərində qurulub".
Millət vəkili əlavə edib ki, Şuşa Bəyannaməsinin 15 iyun tarixində imzalanmasının böyük rəmzi mənası var: "Çünki həmin tarix Qurtuluş Gününə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövləti anarxiya və xaosdan xilas oldu. Qurtuluş Günündən tarixi Zəfərə gedən yolun əsası məhz bu cür qoyulub. Biz Azərbaycan və Türkiyə münasibətlərinin strateji və hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini fəxrlə qeyd edirik. Bu, təkcə iki dövlət üçün deyil, həm də region üçün çox əhəmiyyətlidir. Çünki regionda davamlı, dayanıqlı və uzunmüddətli sülhün, eləcə də təhlükəsizlik mühitinin formalaşması bu müttəfiqlik əlaqələrindən birbaşa asılıdır. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçdikdən sonra , bu gün biz Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu fəxrlə dilə gətiririk. Kimlərinsə bu dostluğun və qardaşlığın pozulması üçün çalışması boş və mənasız işdən başqa bir şey deyil".
Elman Nəsirov Şuşa Bəyannaməsinin imzalanması ilə dünyaya verilən mesajlardan da söz açıb: "Bu tarixi sənəd dünyaya Azərbaycan və Türkiyənin müttəfiq olduğunu bir daha göstərdi. Bəyannamə ilə Azərbaycana qarşı hazırlanan çirkli planların heç vaxt həyata keçməyəcəyi təsdiqləndi. Çünki Şuşa Bəyannaməsi Azərbaycanın yalnız deyil, Türkiyə kimi güclü bir müttəfiqinin olduğunu dünyaya sübut etdi. Bu, 44 günlük Vətən Müharibəsində də öz əksini tapdı. Eyni zamanda Qarabağda azad edilən ərazilərin bərpasında və yenidən qurulmasında Türkiyə ölkəmizə hər cür dəstək verir. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə hərbi-strateji müttəfiqliyi heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib. Əksinə bu müttəfiqlik regionda sülh və əminamanlığın təmin olunmasına xidmət edir. Ancaq kimlərsə bu sülhə və qardaşlığa xəbis gözlərlə baxsa, o zaman qarşılarında Azərbaycan və Türkiyəni görəcəklər".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən son xəbər xeberler bu qun xabarlar