Şuşa kilsəsində saxta videomüraciət: Araik Ermənistana qaçdı
Qondarma "dqr"in separatçı rəhbəri Araik Arutunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
Publika.az-ın xəbərinə görə, diqqətçəkən məqamlardan biri odur ki, son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni, oktyabrın 30-da çəkilmədiyi aydın görünür.
Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, həmin tarixdən ən azı 7-10 gün əvvəl qeydə alınıb.
Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini separatçı rejimin rəhbərliyinin anlamasıdır.
Videosüjet təxminən oktyabrın 20-22-si arasında qeydə alınıb. Çəkilişdən dərhal sonra Araik Arutunyan öz "svitası" ilə Qarabağı tərk edib və Ermənistan ərazisində, Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.
Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi, Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür