"Şuşa Qlobal Media Forumu Azərbaycanın diplomatik mövqeyini daha da gücləndirdi

Xəbər verdiyimiz kimi, "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu keçirilib.
Forum çərçivəsində "İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı", "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi", "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində" və digər mövzular ətrafında müzakirələr aparılıb.
Şuşa Qlobal Media Forumunda iştirak edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu azxeber.com-a açıqlamasında forumun artıq ənənə halını aldığını və verilən mesajlar ilə beynəlxalq rezonans doğurduğunu bildirib:
"Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə iştirakçılarla görüşündə vurğuladığı kimi, Şuşa Forumunun məqsədi yalnız media sektorunun problemlərindən danışmaq deyil, həm də qlobal səviyyədə açıq, dostluğa əsaslanan dialoqu təşviq etməkdir. Bu format artıq ənənə halını alır və genişlənən coğrafiyası, verilən mesajları ilə beynəlxalq rezonans doğurur".
Vüqar Zifəroğlu qeyd edib ki, bu formun Azərbaycanın yalnız coğrafi deyil, həm də intellektual, diplomatik və mənəvi mövqeyini media vasitəsilə gücləndirib:  
"Şuşa həm mədəni, həm obyektiv olaraq Azərbaycanın azad etdiyi ərazidir. Forumun məhz üç ildir ki, burada təşkil edilməsi ölkənin post-münaqişə bərpasına, sabitliyə və regiona sülh perspektivlərinə sadiqliyini nümayiş etdirir — media vasitəsilə regionun yenidən qurulması prosesi beynəlxalq diqqətə çatdırılır. III Şuşa Qlobal Media Forumu 20–22 iyul 2025-ci il tarixlərində Şuşada təşkil olunmuş və Azərbaycanı informasiya sahəsində regional və qlobal dialoqun lideri kimi təqdim etmiş oldu. Forum süni zəka, dezinformasiya, iqlim kommunikasiya və regionun iqtisadi-diplomatik inteqrasiyası mövzusundakı çağırışlara cavab verdi. Bu tədbir, Azərbaycanın yalnız coğrafi deyil, həm də intellektual, diplomatik və mənəvi mövqeyini media vasitəsilə gücləndirdi və dünyaya aydın mesajlar çatdırdı".
Politoloq Tural İsmayılov da 3-cü Şuşa Qlobal Media Forumunun keçirilməsinin əhəmiyyətindən və dünyaya verdiyi mesajlardan azxeber.com-a danışıb:
O qeyd edib ki, Prezidentin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi Azərbaycanın media sahəsində liderliyini göstərdi:
"Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi bir daha Azərbaycanın bu sahədə liderliyini göstərir. Dövlətimizin başçısı çıxışında dezinformasiyaya qarşı dövlətin prinsipial mövqeyini, informasiya təhlükəsizliyinin beynəlxalq gündəmdə ön plana çıxarılmasını xüsusi vurğuladı. Bildirdi ki, müasir dövrdə yanlış narrativlər və dezinformasiya dövlətlərin reputasiyasına, iqtisadi münasibətlərə və ictimai rəyə birbaşa təsir göstərir. Azərbaycanın informasiya siyasəti, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumda müxtəlif xarici ölkələrdən gələn media və ekspertlərin iştirakı Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İştirakçılar regionda baş verən hadisələrlə bağlı ilk mənbədən obyektiv məlumatlar əldə etdilər".
O bildirib ki, Azərbaycan rəqəmsallaşma və texnoloji inteqrasiya sahəsində də ciddi addımlar atır:
"Forum süni intellektin informasiya məkanına təsirini, fakt yoxlama mexanizmlərinin təkmilləşdirilməsini gündəmə gətirdi. Postmünaqişə dövründə Azərbaycan informasiya məkanında səmərəli fəaliyyət göstərir. Media Forumu Qarabağın beynəlxalq informasiya axınında yenidən mərkəzə çevrilməsi meyli kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın mövqeləri bir daha bəyan etdi".
Müasir beynəlxalq münasibətlərdə informasiya müharibələrinin, təsir məqsədli kampaniyaların önəmli yerə malik olduğunu söyləyən politoloq bildirib:
"Azərbaycan bu prosesdə reaktiv və proaktiv strategiyalar həyata keçirir. Forumun Xankəndidə keçirilməsi rəmzi baxımdan dövlətin real suverenlik gücünü aydın şəkildə təsdiqləyir. Xarici media nümayəndələri Azərbaycanın inkişafına və postmünaqişə dövründə quruculuq prosesinə şahidlik edirlər. Bu, ölkənin reputasiyasının beynəlxalq səviyyədə möhkəmləndirilməsinə xidmət göstərir".
T.İsmayılov vurğulayıb ki, tədbir Azərbaycanın informasiya müstəvisində ictimai cəmiyyətləri bir araya gətirməkdə uğurlu platforma olduğunu nümayiş etdirib:
"Forum həmçinin regional media siyasətinin və informasiya təhlükəsizliyinin təminində yeni model kimi çıxış edir. Həmçinin Azərbaycan Prezidentinin çıxışı Forumun nəticəsinin beynəlxalq mediada obyektiv informasiya axınının gücləndirilməsinə təkan verəcək. Rəqəmsal dövrün çağırışlarına uyğun olan bu platforma dünya mətbuatı üçün də yeni imkanlar açır. Beləliklə, Azərbaycan regionda və beynəlxalq aləmdə media və informasiya təhlükəsizliyi strategiyalarının icraçısı kimi çıxış edir. Şuşa Forumu informasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri və problemlərin birgə həll yolları barədə ətraflı fikir mübadiləsinə şərait yaratdı. Forum çərçivəsində informasiya axınında yeni yanaşmalar irəli sürüldü.
Analitik sonda əlavə edib ki, Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir:
"Azərbaycan beynəlxalq informasiya sistemində öz yerini və rolunu daha aydın şəkildə bəyan edir. Qlobal çağırışlar fonunda Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir. Forum yeni texnologiyaların informasiya təhlükəsizliyi və sosial proseslərə təsirinə dair vacib platforma oldu. Dövlətin informasiya suverenliyi və innovativ yanaşması Azərbaycanın gələcək üçün mövqeyini daha da gücləndirəcək. Forum Azərbaycanın dinamik inkişafı və medianın transformasiyası prosesində yeni müzakirələr və təkliflərlə yadda qaldı", - deyə T.İsmayılov qeyd edib.
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "İctimai və dövlət maraqlarının müdafiə edilməsi" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 31 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda