Şuşa şəhərinin adından istifadə edilməsi qaydası MÜƏYYƏNLƏŞDİ
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşib.
KONKRET.azxəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunda əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda "Şuşa" sözündən ("Şuşa" sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
– hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
– mükafatların və təltiflərin adlarında;
– yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
– kommersiya və reklam məqsədilə;
– əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?