Şuşa uğrunda "döyüşə" girən məmurlar - ŞƏRH

Şuşa uğrunda "döyüşə" girən məmurlar - ŞƏRH Şuşa uğrunda "döyüşə" girən məmurlar - ŞƏRH
44 günlük Vətən müharibəsində hərbçilərimiz dastan yazdılar, qəhrəmanlıq dastanının hər cümləsi şanlı tarixdir.
Azərbaycan tarixinin parlaq, qələbə dolu səhifələrinə isə öz şəxsi ambisiyalarını qatıb daha çox populyarlıq qazanmaq istəyənlər də var imiş.
Bəzi məmurların dövlət büdcəsindən şəxsi mənafeləri naminə istifadə etməklə özlərinin bizneslərini genişləndirmək cəhdlərinin qarşısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətlə alınır.
Dövlət başçısı dəfələrlə çıxışında belə işlərdə əli olan məmurlara xəbərdarlıq edib və kadr islahatlarının davam edəcəyinin anonsunu verib. 
Azərbaycanda son zamanlar məmur obrazında müsbətə doğru dəyişikliklər olub, işinin öhdəsindən gələ bilməyən, səlahiyyətlərindən sui-istifadə edən məmurlar yola salınıb, onların yerinə gənc, çevik kadrlar gətirilib, bu proses hələ də davam edir.
Lakin bəzi məmurlar təəssüf doğuran bu kimi əməllərindən əl çəkmir.
Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında Azərbaycan Televiziyasına müsahibəsi zamanı büdcə altında gizlənib şəxsi maraqları naminə bir-birilə yarışa girən məmurlardan danışıb.
Prezidentin müsahibə zamanı dediklərindən məlum olur ki, bəzi məmurlar Vətən müharibəsindəki qələbədən yararlanıb özlərinə mülklər tikdirmək üçün müxtəlif adlar altında gizlənirlər və əsl niyyətlərini pərdələyirlər.
Özü də harada – Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi Şuşada. Deyəsən, məmurlar Şuşa haqqında söylənilən "Alınmaz qala" epitetini özlərinin qurmaq istədikləri mülk imperiyasının təyinatına çevirməyə cəhdlər edirlər.  
Şuşada özləri üçün "alınmaz qalalar" yaratmaq istəyənlər məmurların siyahısı dodaq uçuqladır, özü də bu siyahı rəngarəngdir. Siyahıdakı adlar Mərkəzi Bank sədrindən tutmuş hərbi qurumların rəhbərlərinədək uzanır.  
Mərkəzi Bankın sədri Elman Rüstəmov bu yaxınlarda təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirib. Prezident İlham Əliyev müsahibədə həmin açıqlamaya mənfi münasibətini bildirib, ardınca Mərkəzi Bankın xalqın xidmətində durmadığını bəyan edib.
"İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək?", - deyə Prezident bildirib.
"Azəravtoyol" sədri Saleh Məmmədov, AZAL rəhbəri Cahangir Əsgərov da ölkə başçısına Şuşada regional mərkəz açmaq üçün müraciət edənlər sırasındadır.
"Azəravtoyol". Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada "Azəravtoyol" qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada "Azəravtoyol"un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində".
Bunlar ölkənin iqtisadi blokuna aid olan qurumların rəhbərlərinin şəxsi arzu və istəklərini dövlət siyasətinin tərkib hissəsinə daşımaq planlarının təzahürüdür.
Bu son deyil, gömrük və hərbi qurumların başında duran, müvafiq təhlükəsizliklərə cavabdeh məmurlar da məsuliyyət hissinin təyinatını dəyişmək niyyətindədirlər. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də Şuşanı öz oylağı etmək istəyir:
"Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ.  Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun", - deyə Prezident ictimaiyyətə məmur özbaşınalığının növbəti nümunələri barədə məlumatlar açıqlayıb. 
Məmurlar bir neçə məqamı nəzərə almalıdırlar:
Birincisi, işğaldan azad olunmuş ərazilərdə bütün məsələlərin düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilməsi dövlətin prioritetidir, burada şəxsi ambisiyalara yer yoxdur.
İkincisi, azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir.
Üçüncüsü, ən çox Elman Rüstəmovun dərs götürəcəyi xəbərdarlıq: Razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqldır və yolverilməzdir.
Prezidentin çıxışında subliminal mesajlar da verib. Yəni müsahibədə səslənən faktlar və xəbərdarlıqlar məmurları əsgərlərin qəhrəmanlığına hörmət etməyə çağırış kimi də qiymətləndirilə bilər.
Əsgərlərin qanı hesabına alınan torpaqları dövlət büdcəsindən mənimsənilən pullarla şəxsi mülkiyyətə çevirmək niyyəti məmur etikasına və bütövlükdə dövlət siyasətinə ziddir, şəhidlərə, qazilərə, müharibə iştirakçılarına, ümumilikdə xalqa qarşı isə ən böyük təhqirdir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 02 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərini

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər valyuta mezenesi cəbhədən görüntülər xeber