Şuşada Zəfər Qurultayı: tarixdə iz qoyacaq hadisə

Şuşada Zəfər Qurultayı: tarixdə iz qoyacaq hadisəMöhtərəm Pezidentimiz cənab İlham Əliyevin dünya azərbaycanlılarının ikinci, üçüncü və dördüncü  qurultaylarında  etdiyi çıxışlar müxtəlif ölkələrdən gəlmiş soydaşlarımızın yaxşı xatirəsindədir. Dövlət başçısı  16 il əvvəl, 2006-cı il martın 16-da ilk dəfə dövlət başçısı kimi çıxış etdiyi Dünya Azərbaycanlılarının II Qurultayında demişdi: "Biz Dağlıq Qarabağın heç vaxt - nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik".  Eyni zamanda dövlət başçısı danışıqlara da toxunaraq bəyan etmişdi ki, bu proses əbədi ola bilməz, çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir. 
"Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar".
Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu sözləri Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabr ayında keçirilən I Qurultayında demişdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, artıq torpaqlarımız azaddır və onun layiqli davamçısı olan möhtərəm  Prezidentimiz cənab İlham Əliyev növbəti qurultay üçün Azərbaycana gəlmiş soydaşlarımızı bu dəfə Şuşada salamladı.
Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur - nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.
Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Kasıb ölkə bu pulu haradan əldə edib. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.
Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Qeyd edək ki, düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımız da xüsusi rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. ""Qarabağ Azərbaycandır və nida" sözlərini deyən dövlət başçısı siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu zəfərin müəllifidir.
Naftalan şəhər sakini Möhübbət Bədəlov

Siyasi       Tarix: 26 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezenesi enson xeberler xeber.az