Şuşaya növbəti turist səfərlərinin vaxtı açıqlandı
Şuşaya növbəti turist səfərlərinin vaxtı açıqlandı
Şuşaya növbəti turist səfərlərinin tarixi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, Şuşaya təşkil ediləcək növbəti turist səfərləri aprel ayının 15-16-da olmaqla, 2 gün davam edəcək:
"Budəfəki səfərdə də 40 nəfərlik turist heyətinin yola salınması gözlənilir. Lakin müraciətlər çox olarsa və ehtiyac yaranarsa, əlavə avtobusların ayrılması da mümkündür. Şuşaya turist səfərlərinin şərtləri və qiymətlərində hər hansı dəyişiklik yoxdur".
Xatırladaq ki, martın 18-də 40 nəfərin iştirakı ilə Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa" məscidi, "Güllələnmiş Heykəllər" meydançası, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, "Qazançı" Kilsəsi, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Layihə "Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
Aysel Aslan

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu