Şuxrat Salamov: "Özbəkistan heç bir halda KTMT-yə daxil olmayacaq"
"Artıq iğtişaşlar yoxdur, vəziyyət tam olaraq Özbəkistan Respublikasının dövlət orqanları tərəfindən nəzarətə götürülüb".
KONKRET.az xəbər verir ki, bunu tanınmış özbək tarixçisi və publisist Şuxrat Salamov (Barlas) Oxu.Az-a hazırda Qaraqalpaqıstanda baş verənlər barədə danışarkən bildirib.
"Ən əsası odur ki, hər şeyi qaydasına salan hüquq-mühafizə orqanları çox dəqiq reaksiya verdilər. İndi hadisəni törədənlər saxlanılır", – deyə tarixçi əlavə edib.
"Özbəkistan Orta Asiyanın mərkəzində yerləşir, ölkəmiz Tacikistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Əfqanıstanla həmsərhəddir. Təbii ki, bu regionda istənilən geosiyasi oyun məhz Özbəkistanla bağlı olacaq. Əgər Özbəkistan partladılsa, o zaman düşünün ki, qonşu beş dövlətin də sabitliyi pozulacaq. İnfrastrukturumuz və logistikamız ətraf ölkələrlə sıx bağlıdır", – deyə o, Özbəkistanın geosiyasi rolu barədə fikirlərini bildirib.
2022-ci ilin yanvarında Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Qazaxıstandakı etirazlardan dərs almalı olduğu və Özbəkistanın da buna xüsusi diqqət yetirməsi zərurəti ilə bağlı açıqlama vermişdi. Bu fikirlərin Özbəkistanı yenidən KTMT-yə cəlb etmək cəhdi ilə əlaqəli olub-olmadığına dair suala cavabında Şuxrat Salamov bildirib ki, KTMT-də hər şeyi deyə və hər şeyə eyham vura bilərlər.
"Lakin Özbəkistan heç bir hərbi blokun bir hissəsi deyil və olmayacaq. Özbəkistan Respublikasının qanunlarına görə, bu, yolverilməzdir və qeyri-mümkündür. Ölkəmiz heç bir halda KTMT-yə daxil olmayacaq", – deyə o vurğulayıb.
Özbəkistan hakimiyyətinin Qaraqalpaqıstandakı hadisələrlə əlaqəli olduğunu söylədiyi xarici qüvvələrlə bağlı da fikir bildirən publisist, bu barədə dəqiq açıqlama verilmədiyini qeyd edib. O, eyni zamanda bu hadisələrin kimə sərfəli olması ilə bağlı müəyyən qənaətə gəldiyini, lakin istintaqa qarışmaq istəmədiyini də əlavə edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?