Taksi qiymətlərinin qalxmasının nəticəsi necə olacaq? - AÇIQLAMA
Azərbaycanda taksi qiymətlərinin qalxacağı bildirilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O bildirib ki, taksidə qiymətlər birmənalı olaraq qalxacaq. Nazir qeyd edib ki, bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır.
"Heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur. Bu gün taksi gedişlərinin 60 %-i 1,5-3 km ətrafındadır. Bu da o məsafədir ki, ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatdan istifadə etməklə", - deyə Rəşad Nəbiyev əlavə edib.
Bəs taksi qiymətlərinin qalxmasının nəticəsi necə olacaq?
Bununla bağlı iqtisadçı ekspert Eyyub Kərimli azxeber.com-a danışıb.
O, taksi qiymətinin artmasının bir neçə səbəbi olduğunu bildirib:
"Taksi qiymətinin artması süni qiymət artımı ilə də bağlı ola bilər. Bunu Tarif Şurası tənzimləyəcək. Düşünürəm ki, taksi qiymətlərinin qalxması keyfiyyətə təsir edəcək. Avtomobillərin texniki vəziyyətinə də yaxşı təsir edəcək. Taksi qiymətlərinin tənzimlənməsi ilə sərnişinlər daha keyfiyyətli xidmət görəcəklər.
Ancaq hesab edirəm ki, taksi qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur. Çünki qiymətlər azad rəqabət, təklif-tələb əsasında tənzimlənir. Bu gün bazarda taksi qiymətlərinin aşağı olması rəqabətin olmasından irəli gəlir. Qiymətlərin tənzimlənməsi bu formada olarsa, daha məqsədə uğyun olardı".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır