Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA

Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİATalassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azad Məcidov məhkəməyə iki mülki iddia daxil olduğunu elan edib.
Məhkəməyə mülki iddia ilə müraciət edən Günay Ağayeva uşağının müalicəsi üçün xalqdan dəstək alaraq yığdığı 25 min manatı tələb edib. Digər müraciət edən Nərgiz Mahmudova isə ona dəymiş doqquz min manat ziyanın ödənməsini istəyib.
Daha sonra hakim təqsirləndirilən Aynur Bayramovanın qızı Əsmər Əlizadə adından məhkəməyə ərizə daxil olduğunu elan edib. Azad Məcidov ərizə barədə bunları deyib:
"Ərizədə məni tənqid etmisiniz, lap yaxşı. Yazmısınız ki, yuxarı dairələrə müraciət etmisiniz. Bəs ərizədə niyə ananızın tutulma səbəbini yazmamısınız?"
Daha sonra təqsirləndirilən Aynur Bayramovanın vəkili Elnur Quliyev onun ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, iş üzrə məhkəməyə baxılması üçün disk təqdim edib. Vəkil hakimlərdən xahiş edib ki, diski izlədikdən sonra vəsatətə baxılsın.
Digər təqsirləndirilən Nuridə Seyidovanın vəkili isə məhkəmədən vəsatətin təmin edilməsini xahiş edib.
Müşavirədən sonra ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyi açıqlanıb.
Vəkilin məhkəməyə təqdim etdiyi diskə isə sənədlərin tədqiqi mərhələsində baxılacağı elan edilib.
A.Bayramovanın digər vəkili məhkəmənin düzgün aparılmadığını bildirib, hakimlərə etiraz edib.
Verilən etiraz qəbul edilməyib.
Sonda iş üzrə zərərçəkmiş Aysel Abdullayeva mülki iddia ilə çıxış edib. Zərərçəkən ona dəymiş 20 900 manat və mənəvi ziyan kimi isə səkkiz min manat pulu təqsirləndirilən Aynur Bayramovadan tələb edib. Mülki iddia icraata götürülüb.
Proses mayın 29-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Sosial       Tarix: 16 may 2024
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler