"Taliban" milyardları necə qazanıb? - ŞOK DETALLAR

Əfqanıstanda hakimiyyətə gələn "Taliban" ölkə iqtisadiyyatına da nəzarəti ələ aldı. Son onilliklər ərzində təşkilat təkcə tiryək və heroin ticarəti ilə deyil, həm də digər yollarla pul toplamağa başladı.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Taliban" nəzarət edilən ərazilərə vergi tətbiq edib, nəqliyyat şirkətlərindən və mobil operatorlardan xərac tələb edib, həmçinin Pakistan və Körfəz ölkələrindən pul alıb.
İldə 1,5 milyard dollardan çox pul toplanıb. Dövlət xəzinəsini doldurmaq üçün bu, kifayətdirmi?
Yalnız narkotik deyil
"Narkotik istehsalı və ya qaçaqmalçılığı olmayacaq. Əfqanıstan artıq tiryək becərilən bir ölkə deyil", - "Taliban" sözçüsü Zabihullah Mücahid belə deyib. O bildirib ki, əlavə olaraq xarici yardımlar da lazım olacaq.
Belə vədlər dəfələrlə verilib. 2000-ci ildə beynəlxalq aləmdə tanınmaq istəyən islamçılar tiryək əkinini qadağan etdilər. Tarlalar məhv edildi və narkotik ticarəti kəskin şəkildə azaldı. Lakin ABŞ Əfqanıstanı işğal etdikdən və döyüşçülər hakimiyyəti itirəndən sonra tiryək, heroin və metamfetamin ticarəti yenidən çiçəkləndi.
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) Əfqanıstanı dünyanın ən böyük tiryək istehsalçısı olaraq sıralayır. Keçən il orada xaşxaş məhsulu istehsalı 37% artıb. Bu məhsulun əkildiyi torpaqların ümumi sahəsi 263 min hektardır - bu, mütləq rekorddur.
UNODC-nin hesablamalarına görə, narkotik biznesi "Taliban"a ildə 400 milyon dollar gəlir gətirir. Bu, uzun müddət onlar üçün əsas gəlir mənbəyi idi. Ancaq son illərdə vəziyyət dəyişdi - islamçılar iqtisadiyyatlarını şaxələndirdilər.
Bir çox fərqli gəlir
Hərəkatın liderlərindən biri, təşkilatın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub pul qazanmağın başqa yollarını axtarmağa çağırdı. Silahlılar məqsədli şəkildə mineral ehtiyatlarla zəngin bölgələri ələ keçirməyə başladılar.
Əfqanıstanda çoxlu minerallar var - mis, boksit, dəmir filizi, mərmər, litium, qızıl və s. Bütün bunların bir neçə trilyon dollar olduğu təxmin edilir. Bir çox təbii ehtiyat yataqları hələ də işlənməyib. Silahlıların əlinə keçənlər isə ildə 460 milyon dollardan çox gəlir gətirir. "The Financial Times" qəzetinin yazdığına görə, alıcılar əsasən Çin, Pakistan və BƏƏ-dən olan özəl şirkətlərdir.
BMT-nin may ayında yaydığı məlumata görə, "Taliban"ın illik gəliri 300 milyon - 1,6 milyard dollar arasında dəyişib. Təkcə keçən il 160 milyon dollar dəyərində vergi toplayıblar.
Əyalətləri ələ keçirən islamçılar yerli xəzinəni talan etdilər, silahları və zirehli maşınları mənimsədilər, eyni zamanda müəssisələrdən və əhalidən pul topladılar.
10% vergi və kommunal xərclər tətbiq etdilər (yalnız ildə 2 milyon dollar elektrikdən gəlir gəlirdi), malların tranziti üçün xərac tələb etdilər və istənilən gəlir gətirən bizneslə məşğul olmağa çalışırdılar. Ayrıca, yanacaq, siqaret, ərzaq, dərman və əsas ehtiyacların tədarükünə başladılar.
Əlavə olaraq, xaricdən də "Taliban"a kömək edilir. "BBC News"un əldə etdiyi məlumata görə, ildə təxminən 500 milyon dollar gəlir Körfəz ölkələrindən - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən olan özəl sponsorlardan gəlir.
İlk çətinliklər
" "Taliban" maliyyə imperiyası qurub, lakin onlar hökumətə başçılıq edəcəkləri vaxtdan hər şey sarsılacaq", - Qərb mətbuatı bu cür proqnozlaşdırırdı. Belə də oldu. Əvvəllər yalnız iqtisadiyyatın boz sektorunda fəaliyyət göstərən islamçılar artıq ilk çətinliklərlə üzləşiblər.
"Bloomberg"in Kabildə fəaliyyət göstərən müxbirləri qeyd edirlər ki, yeni hökumətin vədlərinə inanmayan sakinlər əmanətlərini götürmək üçün banklara üz tuturlar. Bu, iqtisadiyyata ciddi zərbə vurub. Bankomatlarda nağd pul tükənir, qiymətlər kəllə-çarxa qalxır. Belə ki, un və yağ 30 faizdən çox bahalaşıb. Küçələr boşdur, əksər apteklər bağlıdır.
"Bank sistemi iflic vəziyyətə düşdü. Əfqanıstan idxaldan asılı bir ölkədir. 870 milyon dollarlıq ixracat və 8,6 milyard dollarlıq idxal edirlər. İndi "Taliban" xalqı qidalandırmalı, dövlət aparatını saxlamalıdır", - Rusiya Şərq İnstitutunun tədqiqatçısı, Müasir Əfqanıstanın öyrənilməsi Mərkəzinin direktoru Ömər Nessar belə qeyd edib.
Hökumət xərclərinin 75 faizi adətən beynəlxalq yardım hesabına ödənilirdi. Kabil ildə 4 milyard dollardan çox gəlir əldə edirdi. Bundan sonra isə heç kim buna arxalana bilməz.
Ölkədən qaçan Əfqanıstan Mərkəzi Bankının rəhbəri Əcmal Əhmədinin sözlərinə görə, əvvəlki hakimiyyət orqanları tərəfindən toplanan vəsaitlərin çoxu respublika xaricindədir. 9 milyard dollarlıq valyuta ehtiyatlarından 7 milyardı ABŞ-da saxlanılır. Bayden administrasiyası bu aktivləri dondurmağa hazırlaşır.
Əfqanıstan inflyasiya, milli valyutanın dəyərdən düşməsi və yoxsulluğun artması ilə üzləşir. Yeni hökumət beynəlxalq birliyin tanınmasına nail olmasa, hər şeydən təcrid olunacaq. Ömər Nessar bölgə ölkələrinin tezliklə "Taliban"la dialoqa girəcəyinə inanır. Bu o deməkdir ki, rejimin yeni gəlir mənbələri ola bilər.
Akqabay

Dünya     Baxılıb: 310   Tarix: 31 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər maliyye xeberler bugun son xeberler az en son xeber