Tamilla Rəhimova vəfat edib
Azərbaycanın tanınmış musiqi müəllimi Tamilla Rəhimova 77 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, son illərdə T.Rəhimovanın gözləri tutulubmuş. O, yaşla bağlı xəstəlikdən dünyasını dəyişib.
Mərhum Bakıda dəfn olunub.
Qeyd edək ki, T.Rəhimovanın iki övladı var. Hər ikisi ABŞ-də yaşayır. Ona görə də analarının dəfnində iştirak edə bilməyiblər. Amma yas mərasimi üçün Bakıya gəlirlər.
Xatırladaq ki, Tamilla Nəcməddin qızı Rəhimova (Əhmədova) 1948-ci il martın 8-də Bakıda anadan olub.
O, tanınmış ictimai-siyasi xadim, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (hazırda Bakı Şəhər İcra Hakimiyyəti) keçmiş sədri, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi və Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi olmuş Nəcməddin Əhmədovun qızıdır.
T.Rəhimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Bakı Musiqi Akademiyasında vokal və estradadan dərs deyib.
O, bir çox tanınmış müğıənnilərin – Xalq artisti Faiq Ağayev, müğənnilər Təranə Mahmudova, Murad Arif və başqalarının müəllimi olub.
Allah rəhmət eləsin!

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?