Tanınmış aktrisa Bakı-Sumqayıt avtobusunun sürücüsünü '102'yə şikayət edəcək
Tanınmış aktrisa Zülfiyyə Qurbanova Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücüsündən "102"yə şikayət etməyə hazırlaşlr.
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib:
"Bilənlər bilir ki, mən Sumqayıt şəhərində yaşayıram, artıq 22 ildən çoxdur hər gün Sumqayıt-Bakı yolunu gedib-gəlirəm.
Hər gün evin yaxınlığındakı dayanacaqdan mikroavtobuslara minib işə gedirəm. Bu gün də o günlərdən biri idi. Mikroavtobusun (sprinter) biri gəldi və düz yanımda saxladı, mindim. Avtobusun üstündə "20 Yanvar" yazılmışdı. Bu, o deməkdir ki, "20 Yanvar"a sərnişin daşıyır. Yol getdikcə gördüm ki, sürücü musiqiyə ən yuxarı həddə qədər səs verib. Avtobusda oturan qızlar və oğlanlar ona qoşulub mədəniyyətsizcəsinə oxuyurlar, oxumurlar, böyürürlər.
Sənin şəxsi sərhədlərin mənim rahatlığımı pozduğu yerdə bitir. Qulağımda qulaqcıq Bakıya çatana qədər dözməyə çalışdım, amma dözüləsi deyildi. Bu arada, deyim ki, maşında oturan sərnişinlər Sumqayıt şəhərində və Saray qəsəbəsində yaşayan tələbələr idi. Bir neçə nəfər mənim kimi yeri boş qalmasın deyə yığdıqlari idi. Dözmədim, iradımı bildirdim. Elədiyinin düzgün olmadığını, bizi düşürəndən sonra nə istəyirlərsə, onu etsinlər deyə etiraz etdim. Qeyd edim ki, sürücü yanındakı qızlarla danışır, söhbətə başı qarışaraq, dəfələrlə maşını təhlükəli sürürdü. Ona irad bildirəndə sürücü "maşın mənimdir, nə istəyirəm edirəm. Siz mənim maşınıma minmisiz", dedi. Mən ona sizin şəxsi maşınınız o zaman olur ki, onu ictimai nəqliyyat kimi istifadə etmirsiniz deyə cavab verdim. O, mənə "mən maşında tələbələri daşıyıram, siz özünüz mindiniz dedi . Halbuki yalan deyir. Dayanacaqda saxlayıb adam yığdı. O yığılan adamlardan biri də mən idim.
Əgər yalnız tələbələrdən ibarət sərnişin yığırdısa, maşının üzərinə servis və ya sifariş yazmalı idi. Və ya "20 Yanvar" sözünü götürməli idi. Mənə dedi ki, "hara istəyirsənsə, şikayət elə, əcəb edirəm, kefim bilər. İstəsəm sizi mənə irad bildirəndə maşından düşürərəm".
Tələbə adını daşıyanlar hər gün gedib gəldikləri sürücülərini mədəniyyətsizcəsinə müdafiə etdilər.
Bu məsələ ilə bağlı Nəqliyyat Agentliyinə və "102"yə şikayət edəcəm.
Maşını hansı səviyyədə sürdüyü ilə bağlı məndə video görüntü var. Görüntüyə sürücünün əlaqə nömrəsi də düşüb. Artıq sürücünü mədəniyyətdən kənar həmin tələbələr gəlib müdafiə edərlər".
Turlar.az [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu