Tanınmış müğənni də estetik qurbanı oldu - 'Üzüm tanınmaz haldadır
Müğənni Qumral etdirdiyi kosmetik prosedurlardan sonra üzünün deformasiyaya uğradığını, sinirlərinin zədələndəyini iddia edib.
azxeber.com-a açıqlama verən müğənni bir aydır üzündə yaranan fəsadı aradan qaldıra bilmədiyini, bunun üçün psixoloji problemlər yaşadığını deyib.
Həkim səhlənkarlığı ucbatından üzünün tanınmaz hala düşdüyünü iddia edən sənətçi, ağır günlər yaşadığını deyib:
"1 aydır üzümə bəzi kosmetoloiji prosedurlar etdirmişdim. Yanına getdiyim kosmetoloq "Monako bio" adı ilə üzümə vurduğu kokteylə məndən xəbərsiz botoks qatıb. Əslində bio deyəndə insan üz dərisini nəmləndirməyi, canlandırmağı, liftinq etməyi düşünür. Prosedurdan 3 gün sonra üzüm başladı əyilməyə. Özünə bildirdim, heç bir şey etmədi. Çox pis depressiv vəziyyətdəyəm, üzüm və mimikalarım donub, heç bir şəkildə gülə bilmirəm".
Müğənni bütün bu problemlərə baxmayaraq həkimdən rəsmi şəkildə şikayətçi olmadığını bildirib:
"Mən insanlara pislik etməyi bacarmıram. O, mənim üzümü bu hala salsa da, anam yaşındakı qadındır, ona heç bir şey edə bilmərəm. Hazırda üzümdə yaranan fəsadları aradan qaldırmağın yollarını axtarırıq. Aparatlarla, iynələr və sistemlərlə, par masajları ilə üzümün sinirlərini açmağa çalışırıq. Bir az da olsa əzələni hərəkət etdirməyə nail olmuşuq".
Aysel Hacızadə

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək