Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi - Daha bir həkim səhlənkarlığı - FOTO
Tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anası vəfat edib.
KONKRET.az bildirir ki, Rəna Bayramqızı, uzun illər Lider Tv-də yayımlanan "Sağlam Nəsil" verilişinin aparıcısı olub.
Qeyd edək ki, Rəna xanım hazırda ölkədə tanınmış klinikalardan biri olan "Ege Hospital"da dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə o, həkim səhlənkarlığının qurbanı olub.
Məlumata görə o, 20 fevral tarixində özü xəstəxanaya müraciət edərək, müayinələrdən keçib və öz ayağı ilə xəstəxanaya yatıb, 2 gün sonra isə həkimlər xəstə yaxınlarına xəbər edib ki, "Xəstəniz komaya düşdü". Bu gün isə dünyasını dəyişdiyi bildirilib.
Burada belə bir sual yaranır. Öz ayağı ilə xəstəxanaya gələn xəstə, danışığı, şüuru yerində olan bir insan, necə komaya düşə bilər??
Xəstənin yaxınlarına bu acı xəbər bəs etmirmiş kimi, komada olarkən ikinci şoku da yaşadıblar. Xəstəxana işçiləri qeyd edib ki, ya qalan ödənişi tamamlayın, ödəyin, ya da xəstənizi götürün aparın.
Xəstə yaxınları sağlam şəkildə öz ayaqları ilə gələn birinin komaya düşüb, həyatını itirməsinimi düşünsün, yoxsa sadəcə əmrə tabe olan səhlənkar həkim və klinika işçilərinimi?
Eyni zamanda xəstə ilə birbaşa maraqlanmalı olan həkim nefroloq Barat Yusubov da hadisəyə və xəstəsinə biganə yanaşıb, saatlardır xəstəyə baş çəkməsi gözlənilən şəxs sanki qeyb olub, zənglərə cavab vermir.
Yaxınlarının tələbi budur ki, bu məsələ aydınlaşdırılsın və günahkar olan kəslər cəzasını hüquq müstəvisində alsın.
Qeyd edək ki, sevilən aparıcı, psixoloq, pedaqoq Rəna Bayramqızı kimsəsiz, uşaqlar evində böyüyən yetim uşaqlara daim yardım etmiş, hər zaman sosial layihələr təşkil edərək, imkansız ailələrə dəstək olmuşdur.
Rəna xanımın oğlu, Z.Əliyev "ANS", "ATV", "ARB" və "Lider" TV"də bir çox reytinqli televiziya layihələrinin rəhbəri, "Lider TV" nin baş prodüseri, "Səda səhər" verlişinin aparıcısı olub. Eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan Azmedia.Az portalının rəhbəridir. O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkməyi bacarıb. "Texnopark" verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb./Azmedia.Az
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür