Tanınmış yazıçı vəfat etdi
Tanınmış nasir, Azərbaycan Yazıçılar birliyinin üzvü Əlisahib Əroğul (İsrafilzadə) vəfat edib.
KONKRET.az xəbər verir ki,bu barədə yazıçının yaxınları məlumat verib.
Əlisahib Əroğul 1948-ci il sentyabr ayının 10-da Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil alıb. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
Qarabağ müharibəsi veteranıdır.
Əmək fəaliyyətinə inşaatçı fəhlə kimi başlayıb. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləyib. 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınıb.
1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışıb. 1994-2006-cı illərdə ictimai əsaslarla "Ekologiya" nəşriyyatının direktoru olub..
O, bir sıra publisistik yazıları ilə respublika mətbuatında çıxış edib. Ə.Əroğul bədii yaradıcılığa 80-ci illərindən başlayıb. "Osmanoğlu" adlı ilk mətbu hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında dərc edilib. 1990-cı ildə "Karvan" jurnalında "Dəli Salatın" povesti, 1991-ci ildə "Ulduz" jurnalında "Ovçu Cəbrayılın tulaları" hekayəsi çap edilib. 1991-ci ildə "Gənclik" nəşriyyatının buraxdığı "Mənim fikrim" kitabında "Göz görür, ağıl kəsirsə" publisist yazısı dərc olunub. 24 kitab müəllifidir. /Modern.az
Allah rəhmət eləsin.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto