Tarix Əliyev: Sərvər '07' markalı maşın istəyir, ancaq çalışacağıq ki, daha yaxşısını alaq
Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin gündəmində olan Sərvər Bəşirliyə veriləcək avtomobil hədiyyə edilib.
Hədiyyənin təşəbbüskarı olan tanınmış teleaparıcı və prodüser Tarix Əliyev azxeber.com-a açıqlamasında deyib ki, Sərvərə hədiyyəni Rusiyada yaşayan iş adamı edib:
"Bu gün efirə Sərvəri qonaq çağırmışdıq. Reklam fasiləsində Moskvada yaşayan dostum Baxaya (Bəxtiyar) Sərvərin fotosunu göndərib, dostları ilə ona yardım edib maşın almağa kömək etməsini istədim. Sağ olsun, özü şəxsən Sərvərə maşın alacağını bildirdi".
Sərvərin VAZ 21-07 markalı avtomobil istədiyini, ancaq imkan daxilində ona daha yaxşı maşın alacaqlarını deyən Tarix Əliyev, artıq avtomobil axtardıqlarını da qeyd edib:
"Artıq avtomobil axtarışına başlamışıq. Sabah efirdən sonra gedib maşını alacağıq. Bunun üçün Sərvərin sürücülük vəsiqəsini də almışam. Maşının dövlət qeydiyyat nişanı isə, Sərvərin istəyi ilə əvvəlki maşında olduğu kimi qalacaq. Sərvər VAZ 21-07 markalı maşın istəyir, ancaq çalışacağıq ki, ona daha yaxşı xarici markalı maşın alaq. Avtomobil birinci gün efirdə Sərvərə təqdim ediləcək".
Qeyd edək ki, Sərvər qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxs kimi Azərbaycan və Türkiyə mətbuatının ən çox danışdığı şəxsdir.
Günel Hüseynli

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO