Tarixə "əsrin oğurluğu" kimi düşən cinayətin üstü açılıb - FOTO
Tarixə "əsrin oğurluğu" kimi düşən cinayətin üstü açılıb - FOTO
Pikassonun Yunanıstanda oğurlanan "Bir qadının başı" tablosu 9 ildən sonra nəhayət ki tapılıb.
Bu barədə polit.ru xəbər yayıb.
Bildirilir ki, Kerateya şəhərindəki anbardan bu əsərdən əlavə Pit Mondrianın "Yel dəyirmanı" tablosu da aşkarlanıb.
Məlumata görə, 49 yaşlı Yunanıstan vətəndaşı oğurluqda şübhəli bilinərək həbs olunub. Əsərlərin yerini də elə o, göstərib. Saxlanılan şəxs əsərləri "qara bazar"da satmaq üçün xaricə aparmaq istəyən cinayətkar qrupun üzvü olub.
Qeyd edək ki, "Bir qadının başı" əsəri 1939-cu ildə çəkilib, onun 20 milyon avro (40 551 200 manat) dəyərində olduğu düşünülür.
Kətanın arxa hissəsində müəllifin Yunanıstan xalqına nasizmlə mübarizəsi ilə əlaqədar verdiyi töfhəyə görə əl yazısı ilə yazılmış ithafı var. Rəssam 1949-cu ildə əsəri Afinadakı Milli Qalereyaya bağışlayıb.
"Yel dəyirmanı" 1908-ci ildə Pit Mondrian tərəfindən çəkilib. Əsər 1963-cü ildə Yunan kolleksioneri Aleksandros Pappas tərəfindən alınıb və Milli Qalereyaya bağışlanıb.
Hər iki əsər 2012-ci ildə Afina Milli Qalereyasından oğurlanıb. Bu cinayətə "əsrin oğurluğu" adı verilib.








Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR