Tarkan və Hadisədən etirazçılara böyük DƏSTƏK
Bir çox türkiyəli sənətçi İBB sədri Əkrəm İmamoğlunun saxlanma prosesi ilə başlayan etirazlara dəstək xarakterli paylaşımlar edib.
azxeber.com xəbər verir ki, İstanbulun Saraçhane bölgəsində keçirilən mitinqlərdə etirazçılara növbəti dəstək meqastar Tarkan və Hadisədən gəlib.
Hər iki sənətçi sosial media hesabında etiraz aksiyalarına qoşulan insanların yanında olduqlarını dilə gətiriblər:
"Demokratiyanın fəzilətlərinə və əhəmiyyətinə inanan bir insan kimi mən hər zaman ən təməl hüquqlarımız olan azadlıq üçün səsimi ucaltmışam. Bəzən qadınların və uşaqların təhlükəsizliyi və gələcəyi, bəzən təbiətin və heyvanların hüquqları üçün, lakin hər şeydən çox müstəqil və ədalətli hüquq sistemi üçün səsimi qaldırmışam. Uzun müddətdir davam edən hər cür haqsızlıqlar, qanunsuz məhkəmələr və qanuni prosedurlara uyğun gəlməyən əməllər nəticəsində insanların demokratiyaya hər zamankindən daha çox qucaq açması ümidvericidir. Ümid edirəm ki, bu demokratiya mübarizəsi yorğun ümidimizə yeni cücərtilər verəcək və ölkəmizi daha dinc günlər gözləyir" deyə Tarkan paylaşımında qeyd edib.
Hadisə isə baş verənlərə dəstəyini bu sözlərlə bildirib:
"Müxtəlif ideyaların birlikdə yaşamaq qabiliyyəti əsl azadlıq və bərabərliyin göstəricisidir. Ədalət və azadlıq yolunda yan-yana dayana bilmək ən vacib şeydir. Mən illərdir ədalət, azadlıq, bərabərlik kimi dəyərləri müdafiə edirəm və bu yolda əzmlə addımlamağa davam edəcəyəm. Son günlər baş verənləri böyük kədərlə izləyirəm. Gənclər öz hüquqlarını müdafiə etmək, səsini çıxarmaq istəyəndə qarşılaşdıqları maneələrlə mübarizə aparırlar. Bütün ümidlərimizi bağladığımız gənclərimizin ümidlərini qırmadan azad yaşamalarına mane olmamalıyıq. Çünki bu ölkənin gələcəyi gəncləriizin əlindədir".
Aysel
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib